Para, paralamaq, parçalamaq sözləri ilə kökdaşdır. Para (əsli: parə) isə fars mənşəlidir. Bizdə onun yerinə, yarmaq, cırmaq sözləri işlədilib. İndi parça kəlməsi “hissə” və “toxuma mallar” mənalarında işlədilir. Parçalamaq isə parça sözündən düzəlmiş feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)