Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alagir
Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
Ağagir
Ağagir (fars. آقاگیر‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 212 nəfər yaşayır (75 ailə).
Balagir (Üşnəviyyə)
Balagir (fars. بالاگير‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (78 ailə).
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.