Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kürə
Kürə — fəzanın verilmiş nöqtəsindən müsbət r məsafəsini aşmayan nöqtələr çoxluğudur. "r" kürənin radiusu adlanır. Kürə həmçinin yarımdairənin radiusu ətrafında fırlanmasından yaranan həndəsi cismdir. Bu diametr kürənin oxu adlanır. Kürənin səthi sfera adlanır.
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Surə
Surə - müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Vure
Vure (fr. Vourey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38566. Kommunanın 1999-cu il üçün əhalisi 1548 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 181 ilə 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 22 km şimal-qərbdə yerləşir.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Almami Ture
Almami Ture (28 aprel 1996, Bamako) — Liqa 1 komandalarından olan Monako FK klubunda müdafiəçi kimi çıxış edən Malili futbolçudur. == Həmçinin bax == Almami Ture 28 aprel 1996-cı ildə anadan olub. == Klub karyerası == Ture futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. Ture liqada debütünü 20 fevral 2015-ci ildə səfərdə 1–0 qələbə qazandıqları Nitsa OGK klubuna qarşı oyunda etmişdir. O, 35 dəqiqə Leyvin Kurzavanı əvəz etmişdir. Bernardo Silva görüşdə yeganə qolu vurmuşdur. İlk oyununa isə 25 fevral 2015-ci ildə Emireyts stadionunda keçirilən və sürpriz şəkildə Monako FK-ın Arsenal FK üzərində 3–1 hesablı qələbəsi ilə başa çatan oyunda çıxmışdır. Ture 19 may 2015-ci ildə Monako ilə 4 illik yeni müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 20 mart 2016-cı il məlumatlarına əsasən.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
De-yure
De-yure — Hüquqi və ya diplomatik tanınmadır. Bəyannamə, nota, müqavilə və s. kimi müəyyən diplomatik aktla ifadə edilərək müvafiq dövlətlər arasında qarşılıqlı iqtisadi, siyasi və s. münasibətlərin inkişafında normal və daha yaxşı inkişaf üçün zəruri şərait yaradır. Hüquqi tanınma öz qüvvəsinin yalnız tanınma aktı üçün əsas olan şəraitin ləğv olunması ilə itirir.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Juze Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Juze Saramaqu
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Kürə dairəsi
Kürə dairəsi (rus. Кюринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1862–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qasımkənd idi.
Kürə dağları
'Kürə dağları -' Qərbi Qara dəniz hissəsində yerləşən Kürə dağları “Alp qırışıqlığı” sisteminə bağlı olan bir sıra dağ sisteminin bir hissəsidir. Kürə Dağları Fransadan başlayaraq Balkanlardan Anadoluya, Qafqazdan və İrandan Himalaya qədər uzanan dağ silsiləsinin bir hissəsinə aiddir. Ən yüksək zirvəsi Yaralıgöz dağının hündürlüyü 2019 metrdir. Dağın yamacları sıx meşələrlə örtülmüşdür. == Həmçinin bax == Ağrı dağı Həsəndağ Uludağ Tavr dağları == İstinadlar == Türkiyə Fiziki Xəritələr Toplusu.2014.Təkirdağ.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. == Coğrafiyası == Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Mure (Fransa)
Mure (fr. Mouret, oks. Moret de Dordon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12161. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 20 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 538 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 321 nəfər (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.8%, 1999-cu ildə 70.2%).
Müre (rayon)
Müre (fr. Muret) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Müre. Rayon əhalisi 2006-cı ildə 186 503 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 114 nəf / km². Rayon ərazisi — 1639 km².
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Panteleymon Juze
Panteleymon Krestoviç Juze, əsl adı Bəndəli ben Səliba Cövzi (1870–1942) — Rusiya şərqşünası. Görkəmli şərqşünas alim və tarixçi. == Həyatı == Azərbaycanın öyrənilməsinə dəyərli töhfələrini vermişdilər. Onların içərisində milli mənsubiyyət etibarı ilə ərəb olan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Panteleymon Juzenin (1871–1942) özünəməxsus yeri var. Ərəb dilinin Rusiyanın şərqşünaslıq mərkəzlərində – Qazan və Peterburqda tədrisi qarşılıqlı şəkildə iki xalq arasında marağı artırmışdı. Bu da öz növbəsində dilin təbii daşıyıcılarının fəaliyyəti üçün geniş imkan yaratmışdı. Sankt-Peterburq universitetinin Şərq dilləri fakültəsində azərbaycanlı şərqşünas Mirzə Kazımbəylə birlikdə fəaliyyət göstərən ilk ərəb alimlərindən biri Əl-Əhzar məzunu, professor Şeyx Məhəmməd Ayəd Təntəvi (1806–1858) olmuşdu. Rusiya imperiyası Yaxın Şərq siyasətini daha ardıcıl və sistemli şəkildə həyata keçirmək üçün 1882-ci ildə Fələstin Pravoslav Cəmiyyətini təsis etmişdi. Bu cəmiyyət öz qarşısına müqəddəs yerlərə gedən rus zəvvarlarına yardım, yerli əhali arasında pravoslav məzhəbinin yayılması və regionun dini-tarixi baxımdan öyrənilməsi kimi biri-biri ilə bağlı üç vəzifə qoymuşdu. Pravoslavlığın təbliği xristian ərəblər arasında dini-maarifçilik işinin aparılmasını tələb edirdi.
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.