SURƏ

is. [ ər. ] Quranın bölündüyü 114 fəsildən hər biri.
Səhər uşaq mollaxanaya gedər, Quranın axırıncı surəsini əzbərdən oxuyardı. H.Sarabski.
Molla Əkbər tamam gecəni can verən Baxışoğlu Həsənin başı üstə oturub, təsbeh çevirib, yasin surəsini oxumaqla məşğul idi. B.Talıblı.

SUPƏRİSİ
SURƏT
OBASTAN VİKİ
Surə
Surə — müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Haqqə surəsi
69-cu surə
Hicr Surəsi
15-ci surə ər-Hicr (Daşlı sahə) surəsi (Məkkədə nazil olmuşdur, 99 ayədir). Surə adını 80-ci ayədə adı çəkilən Səmud qövmünün yaşadığı yer olan Hicr sözündən götürmüşdür.
Hucurat Surəsi
49-cu surə
Hud Surəsi
11-ci surə
Huməzə Surəsi
Huməzə surəsi (ərəb. سورة الهمزة‎ (oxunuşu: əl-Huməzə) - qeybətçi) - Quranın 104-cü surəsi. Məkkədə nazil olmuşdur, 9 ayədir.
Həcc surəsi
22-ci surə
Hədid Surəsi
57-ci surə əl-Hədid (Dəmir) surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir) Surənin adı 25-ci ayədə işlənən "hədid", yəni dəmir sözündən götürülüb. Bismillahir-rəhmanir-rəhim! 1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! 2. Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! 3.
Həmd surəsi
Fatihə surəsi (ərəb. سورة الفاتحة‎ (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir. Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir. == Əl-Fatihə surəsi == Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına.
Həşr Surəsi
59-cu surə
Kafirun Surəsi
109-cu surə əl-Kafirun (Kafirlər) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını ilk ayədə işlənən və kafirlər mənasını verən "kafirun" sözündən almışdır. Surə kafir olanların xüsusiyyət və vəziyyətlərindən bəhs edir.
Kovsər surəsi
Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir: Bismillahir-rəhmanir-rəhim 1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! 2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! 3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!
Kəhf Surəsi
Kəhf surəsi ― Quranın 18-ci surəsi. 110 ayədən ibarətdir.
Leyl Surəsi
92-ci surə Əl-Leyl (ərəb. الليل - Gecə) Quranın doxsan ikinci surəsidir. Məkkə surəsi. Alya və Fəcr surələri arasında nazil olmuşdur. 21 ayədən ibarətdir. Məzmun Allah-Təala üç şeyə and içmişdir ki, insanların əməlləri fərqlidir: bəziləri təqvalıdırlar, düz yola aparır, bəziləri isə azğınlığa aparır. Kim Allah yolunda xərcləsə, Allahdan qorxarsa və Allaha səmimi qəlbdən inanarsa, Allah ona yaxşı işlərdə kömək edər. Xəsislik edib, malına güvənərək Allahın rəhmətinə ehtiyacı olmadığına və iman gətirmədiyinə inanan kimsəyə isə Allah əzablı və əbədi müsibətin yolunu asanlaşdırar. Ayələr Allahın mərhəməti ilə insanlara doğru yolu göstərmək vəzifəsini öz üzərinə götürdüyünə və həm dünya həyatının, həm də gələcək həyatın ona aid olduğuna işarə edir. Yer üzünü bürüyən gecəyə and olsun!
Loğman Surəsi
31-ci surə
Maidə surəsi
5-ci surə əl-Maidə (Süfrə) surəsi (Mədinədə nazil olmuşdur, 120 ayədir) Surənin adı 114-cü ayədə çəkilən maidə (süfrə) sözündən götürülüb: "Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"" “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür? Sual “Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil olduğu halda nə üçün aralarında fasilə düşmüşdür? Qısa cavab “Maidə” surəsinin 3-cü və 67-ci ayələri arasında xüsusi əlaqə vardır ki, onların məzmununa, tarixi Qədr-xum hadisəsinə, habelə ayələrin şəni-nüzuluna və bu ilahi kəlamın müsəlmanlara çatdırılmasının mühüm və həssas məsələ olduğuna diqqət yetirməklə mətləb tamamilə aydınlaşır. Bir-biri ilə əlaqədar olan bu iki ayənin nə üçün Quranda fasilə ilə gəldiyinə nəzər saldıqda aşağıdakı məsələləri diqqət mərkəzinə saxlamaq lazımdır: Birincisi budur ki, ayələrin və surələrin tənzimi nazil olma tarixləri əsasında olmamış, əksinə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məsləhəti və göstərişi əsasında Quranda yerləşdirilmişdir. Digəri budur ki, Quranın təhrifə məruz qalmasının və bu ayənin Qurandan çıxarılmasının qarşısını almaq üçün mətləblə əlaqəsi olmayan başqa ayələrin arasında yerləşdirilmişdir ki, imam Əli (əleyhis-salam)-ın imamət və vilayəti mövzusu daha çox diqqəti cəlb etməsin. Misal üçün, çox nəfis və dəyərli bir şeyi çox da əhəmiyyəti olmayan şeylərin arasında gizlədirlər ki, oğrunun diqqətini cəlb etməsin. Həmin məsələ də bu qəbildəndir. Üçüncüsü, əvvəlki və sonrakı ayələrlə əlaqəsi olmayan bir ayənin gəlməsi istitradi tənasübə görə ola bilər.
Maun Surəsi
107-ci surə Maun surəsi (ərəb. سورة الماعون‎ (oxunuşu: surətul-maun) - zəkat surəsi) - Quranın 107-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.
Mucadilə Surəsi
58-ci surə
Mucadələ Surəsi
58-ci surə
Muddəssir Surəsi
74-cü surə
Muhəmməd surəsi
47-ci surə
Mulk Surəsi
67-ci surə
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Muminun Surəsi
23-cü surə
Mumtəhinə Surəsi
60-cı surə
Muzzəmmil Surəsi
Muzzəmmil — Quranda 73-cü surə. 20 ayədən ibarətdir.

Digər lüğətlərdə