Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lagernıy adası
Lagernıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasından 800 m şimal-qərbdə yerləşir. Adada yerləşən Blizkaya çayının mənsəbinə yaxın ərazidə qərarlaşır. == Təsviri == Ovalvari formaya malikdir. Uzunluğu 1,3 km, eni isə 1 km təşkil edir. Adanı Komsomoles adası ilə sayla birləşir. Şimalında 26 metr hündürlüyə malik qaya vardır.
Zapadnıy adası
Zapadnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Zapadnıy adasından şərqdə Vostoçnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada üzərində naviqasiya işarəsi quraşdırılmışdır.
Zaxariy Çxubianişvili
Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903 – 1980) — Sovet partiya xadimi. 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi. 1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur. 1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi. 1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur. 1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.
Zaqornıye Kletya (Şaran)
Zaqornıye Kletya (başq. Загорные Клетья, rus. Загорные Клетья) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 23 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 18 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 55 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), ruslar (31%) üstünlük təşkil edir.