Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur. "Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi.
Şayıflı
Şayıflı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. Şayıflı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini şayıflı (Şayıf şəxs adından) nəslinə mənsub ailələr salmışlar. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Ərdəşir Zahidi
Ərdəşir Zahidi (fars. اردشیر زاهدی‎; 16 oktyabr 1928, Tehran – 18 noyabr 2021, Montrö[d], Vo kantonu) – İranın keçmiş xarici işlər naziri (1966–1971) və 1960 və 1970-ci illərdə İranın Birləşmiş Ştatlar və Böyük Britaniyadakı səfiri vəzifəsində işləyən keçmiş diplomatı.
Məhəmmədrza Zahidi
Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی‎, 2 noyabr 1960, İsfahan, Pəhləvilər – 1 aprel 2024, Mezzeh[d]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş, ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir. 1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır. Zahidi 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər. Məhəmmədrza Zahidi 1960-cı ilin 2 noyabr tarixində İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahan şəhərində anadan olub. 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarına qoşulan Zahidi 1980-ci ildə İraqın hücumu ilə başlamış və səkkiz il davam etmiş İran-İraq müharibəsində leytenant rütbəsi ilə xidmət etmişdir. O, 1983–1986-cı illərdə 44-cü Qəmər Bəni Haşim diviziyasına rəhbərlik edib.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Durnalar qayıtdı (film, 2003)
== Məzmun == Yusif müəllim(Əliabbas Qədirov) öz doğma kəndinə ziyarətə gəlir. O burada uşaqlığını, müharibə illərinin o keşməkeşli vaxtlarını, atasını, bacısını itirməsini xatırlayır. == Film Haqqında == Film Hüseynbala Mirələmovun "Durnalar Qayıtdı", "Dəyirmana Gedən Yol", "Bir Tikə Çörək" hekayələri əsasında çəkilmişdir.