AYILMAQ – BAYILMAQ Gün dağlara yayıldı; Hər bir yatan ayıldı (A.Səhhət); Get onu içəri gətir. Tafta, sən də get, deyəsən bayılmışdır, ya da bəlkə ölmüşdür (C.Cabbarlı).
AYILMAQ – DƏMLƏNMƏK Yeja bu dəhşətli xəbərdən ayıldı (Ə.Vəliyev); Bir stəkan şirin çaxır içən kimi dəmləndi.