Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Akutan adası
Akutan adası (ing. Akutan Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı ərazisinə daxildir. == Etimalogiya == "Akutan" adı aleut mənşəllidir. Belə bir deyim vardır ki, bu isim "hakuta" adından törəmiş və mənası "Mən səhvlər edirəm" mənasını verir. == Coğrafiya == Adada aktiv olan akutan vulkanı vardır. Adanın sahəsi 334,13 km²-dir. Adada 713 nəfər yaşayır (2000). Əhali eyni adlı qəsəbədə yaşayır. ada müasir adı ilə ilk dəfə 1768-ci ildə Pyotr Kuzmiç və Mixail Levaşkov tərəfindən xəritəyə salınmışdır.
Kalsium laktat
=== Kalsium laktat === === Alınması === Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. ( C 6 H 10 O 5 ) n → + nH 2 O nC 6 H 12 O 6 ⟶ 2 nCH 3 − CHOH − COOH {\displaystyle {\ce {(C6H10O5)_{n}->[{} \atop {\ce {+nH2O}}]nC6H12O6->2nCH3-CHOH-COOH}}} 2 CH 3 − CHOH − COOH + CaCO 3 ⟶ ( CH 3 − CHOH − COO ) 2 Ca + CO 2 + H 2 O {\displaystyle {\ce {2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O}}} === Fiziki - kimyəvi xassələri === Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur. === Tətbiqi === Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.