Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AzStat
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Frederik Bastiat
Klod Frederik Bastiat (30 iyun 1801, Bayonna[d] – 24 dekabr 1850[…], Roma)— Fransız klassik liberal nəzəriyyəçisi, siyasi iqtisadçı və Fransa Assambleyasının üzvü olub. == Bioqrafiyası == Klod Frederik Bastiat 30 iyun 1801-ci ildə Fransanın Akvitaniya əyalətində, Bayonna şəhərində doğulmuşdur. Doqquz yaşında yetim qalan Frederik atasının valideynlərinin(nənə-babası) himayəsində böyümüşdür. 17 yaşında o, məktəbi tərk etmiş və vaxtının çoxunu ailə biznesinin ixracatçısı olaraq işə sərf etmişdir. İqtisadçı Tomas Dilorenzo bildirir ki, bu ailə biznesi təcrübəsi Bastiatın sonrakı yaradıcılığında mühüm rol oynamışdır. Çünki bu, gənc Frederikə bazarda ticarət qaydalarının müəyyən təsirlərini birbaşa yerində öyrənməyə imkan yaratmışdır. Onun intellektual maraq dairəsi müxtəlif idi, bura fəlsəfə, tarix, siyasət, din, səyahət, şairlik, siyasi iqtisad və bioqrafiya daxil idi. Onun iqtisadçı kimi ictimai karyerası yalnız 1844-cü ildə başladı və 1850-ci ildə ölümüylə başa çatdı. Bastiat ehtimala görə Fransa boyunca dolaşıb öz ideyalarını təbliğ etdiyi müddətdə vərəm xəstəliyinə tutulmuşdur. Bu xəstəlik onun gələcək nitqlərini də etməyə imkan vermədi(xüsusən, onun 1848 və 1849-cu ildə seçildiyi qanunvericilik assambleyasında) və həyatına son qoydu.