Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Nahapet Kuçak
Nahapet Kuçak (erm. Նահապետ Քուչակ; bilinmir – təq. 1592) — erməni şairi. Həyatı haqqında məlumat yoxdur. Ehtimallara görə, Van gölü yaxınlıqlarında, Xaraqonis kəndində (indiki Qaragündüz) anadan olmuşdur. Rübai janrında (hayren) yazmışdır. Ədəbi irsində əsas yer tutan aşiqanə şeirlərində real, azad məhəbbət tərənnüm olunur. Şeirlərinə orta əsr ehkamlarına, sosial ədalətsizlik əleyhinə çıxmış, xalqın iztirablarını ("qəriblik" hayrenləri) ürək ağrısı ilə təsvir etmişdir.
Karapet Çernovun binası
Karapet Çernov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Bina XIX əsrin sonları inşa edilmiş, bir müddət sonra isə rekonstruksiya edilmişdir. Karapet Çernovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Üç mərtəbədən ibarət olan bina 1890-cu illərdə Karapet Çernovun vəsaiti hesabına inşa edilmişdir. Bina sonradan beş mərtəbəyə qədər artırılır. Xalq arasında belə bir əfsanə vardır ki, Karapet Çernov ilə Qavril Melkanov-Ezekov arasında mərc olur. Onlar kimin daha varlı olmasına aydınlıq gətirməli idilər. Hər iki tacir Bolşoy Sadovnaya küçəsində bina inşa etməli idilər. Yarışmanı daha geniş ev inşa edəcək tacir udacaqdı.