Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hacınski
Hacınski — Azərbaycan soyadı. Camo bəy Hacınski (1888—1942) — Azərbaycan Demokratik Respublikasının 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas Məmmədhəsən Hacınski (1875—1931) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycan Demokratik Respublikasının hökumətində daxili işlər (28 may 1918 — 6 oktyabr 1918), maliyyə (1918) və xarici işlər naziri (22 dekabr 1919 — 15 fevral 1920) vəzifələrində çalışmışdı. İsgəndər bəy Hacınski (1809—1878) — Çar ordusunun zabiti.
Açinsk
Açinsk — Rusiya Federasiyasının Krasnoyarsk diyarında şəhər. Rayon mərkəzi == Tarixi == Açıq Tura əvvəllər Yus çayının üzərində tatar kəndi kimi tanınırdı. Şəhərin adı "Açıq" türk etnonimi ilə bağlıdır. Belə ki, müasir xakasların köhnəlmiş adı Açıq tatarları olmuşdur.Yerli tatarlar isə hələ də öz şəhərlərinə Aşıq Tura deyirlər. Geniş Sibir torpaqlarının istilasından sonra hərbi rəis Tuquçevski tərəfindən 1641-ci ildə Açinskiy adı altında hərbi qalanın əsası qoyulur. 1641-ci ildə indiki yerinə — Aqra dağları ətəyində Çulım çayının sol sahilinə köçürülür. Bu günkü Açıq şəhəri (Açinsk deyilir) Çulım və Tekmet (indi Tekmetka) çayları üzərində yerləşir. Bu zamandan bura Rusiyadan əhali köçürülməyə başlayır. 1782-ci ildə Açinsk qəza şəhərinə çevrilir . Elə həmin ildə də adı Açinsk şəklində rəsmiləşdirilir.
Zainsk
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Lex Kaçinski
Lex Aleksandr Kaçinski (pol. Lech Aleksander Kaczyński; 18 iyun 1949[…], Varşava – 10 aprel 2010[…], Smolensk) — 2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–2005-ci illərdə Varşava şəhərinin rəhbəri (bələdiyyə başçısı), "Haqq və Ədalət" partiyasının rəhbərlərindən biri. == Həyatı == Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. Varşava Universitetini bitirib. Bundan sonra Qdansk Universitetində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, professor adı alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. 1980-ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə "Həmrəylik" Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib. == Siyasi fəaliyyəti == Polşada hərbi vəziyyət elan olunduqdan sonra Lex Kaçinski həbs edilir. Lex Valensa ilə sıx əməkdaşlıq edən L. Kaçinski "Həmrəylik" hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi vəzifəsini icra edirdi. O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə "Həmrəylik" hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi.
Məmmədhəsən Hacınski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur. === Çar Rusiyası dövrü === 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Ted Kaçinski
Teodor Con Kaçinski (22 may 1942, Everqrin-Park[d], İllinoys – 10 iyun 2023, Federal Tibb Mərkəzi[d], Şimali Karolina), həmçinin Unabomber (/ˈjuːnəbɒmər/) kimi də tanınır, amerikalı yerli terrorçu və keçmiş riyaziyyat professorudur. Bir riyaziyyat dahisi olub, ibtidai həyat yaşamaq üçün 1969-cu ildə akademik karyerasını tərk etmişdir. 1978–1995-ci illər arasında müasir texnologiyanı inkişaf etdirən və ətraf mühitin məhv edilməsində iştirak edən insanlara qarşı ölkə daxili miqyasda apardığı bombalama kampaniyasında üç nəfəri öldürmüş, 23 nəfəri yaralamışdır. O, sənayeləşməyə qarşı çıxan və təbiət mərkəzli bir anarxizm formasını müdafiə edən "Sənaye Cəmiyyəti və Gələcəyi" adlı "Unabomber Manifesto" adı ilə də tanınan sosial tənqidi nəşr etdirmişdir.
Yaroslav Kaçinski
Yaroslav Aleksander Kaçinski (pol. Jarosław Aleksander Kaczyński) — Polşanın keçmiş baş naziri, Hüquq və Ədalət Partiyasının lideri, 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş dövlət başçısı Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski 1949-cu il iyunun 18-də Varşavada anadan olub. Sosialist Polşasında müxalif təşkilatların — 1970-ci illərdə "Fəhlələrin müdafiəsi komitəsi"nin, 1980-ci illərdə isə "Solidarnost"un üzvü kimi ictimai-siyasi fəaliyyət göstərib. Varşava Universitetinin hüquq fakültəsini bitirib. Hüquq doktorudur. 1991–1993, 1997–2001, 2001–2005-ci illərdə Polşa parlamentinin üzvü olub. 2006–2007-ci illərdə Polşa hökumətinə rəhbərlik edib.
Camo bəy Hacınski
Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; d. 14 iyun 1888, Quba – ö. 1942, Sibir, Vyatka) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir. == Həyatı == Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi. == Fəaliyyəti == Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.
Cəmo bəy Hacınski

Mehdi bəy Hacınski
Hacınski Mehdi bəy Süleyman bəy oğlu (24 may 1879, Quba – iyun 1941, Bakı) — görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü daxili işlər nazirinin müavini. == Həyatı == Mehdi bəy Süleyman bəy oğlu Hacınski 1879-cu il may ayının 24-də Qubada əsilli ailədə anadan olmuşdu. Bakıdakı realnı məktəb və Şərq dilləri kurslarını bitirən M. Hacınski 1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində yaxından iştirak etmişdi. O, 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilmişdi. 1906-cı ildən "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik etmiş, 1914-cü ildən "Səfa" cəmiyyəti teatr bölməsinin sədr müavini olmuşdur. Dövri mətbuatda Azərb. teatrına, aktyor sənətinə aid məqalə, oçerk, hekayə və felyetonlar dərc etdirmiş, 1906-cı ildən aktyor kimi də fəaliyyət göstərmişdir. "Nicat" cəmiyyəti adından Ü. Hacıbəyova "Leyli və Məcnun" operasına görə mükafatı o təqdim etmişdir. Ü. Hacıbəyovun yaradıcılığına daim diqqətlə yanaşırdı. == Fəaliyyəti == 1917-ci ildən Müsavat Partiyasının, Zaqafqaziya Seyminin, "Müsəlman fraksiyası"nın üzvü olub.
Məhəmməd Həsən Hacinski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur. === Çar Rusiyası dövrü === 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Məmməd Həsən Hacınski

İsa bəy Hacinski
İsa bəy Əbdülsalam bəy oğlu Hacınski (d. 1860 — ö. 1919) — məmur, xeyriyyəçi, Bakıda avtomobili olan ilk şəxs. == Həyatı == İ.Hacınski 1860-cı ildə Bakıda anadan olub. O, Bakının digər tanınmış milyonçulardan fərqli olaraq adlı-sanlı zadəgan nəslinin nümayəndəsi olub. Ona atasından miras olaraq bir neçə mülk və böyük torpaq sahələri qalır. Məhz bu sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cu ildə şəxsi neft kompaniyasını yaradır. Artıq bir neçə ildən sonra Hacinskiyə məxsus quyulardan çıxan neftin ümumi həcmi yarım milyon puda çatır. 1910-cu ilin rəsmi rəqəmlərinə görə, onun Balaxanıda fəaliyyət göstərən müəssisəsində sutka ərzində işləyən iki neft quyusu var idi ki, onlar da öz növbəsində 145 at gücündə olan 6 qazanxana ilə təchiz olunmuşdur. Bu quyularda yüksək ixtisaslı fəhlələr işləyirdi, onlara verilən əmək haqqı isə Nobelin, Rotşildin, Montaşovun işçilərinin aldığı puldan qat-qat çox idi.
İsa bəy Hacınski

İsgəndər bəy Hacınski
İsgəndər bəy Məmmədkərim oğlu Hacınski(1809-1878)—Çar ordusunun zabiti. == Həyatı == Mayor İsgəndər bəy Məmmədkərim oğlu Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş, Krım müharibəsində (1853-56) iştirak etmiş etmişdir. O, Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordenləri, İranın 2-ci dərəcəli "Şir-i Xurşid" ordeni ilə təltif edilmişdir.