Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zlatitsa döyüşü
Zlatitsa döyüşü — 12 dekabr 1443-cü ildə Osmanlı imperiyası ilə Serbiya və Macarıstan qoşunları arasında baş tutmuş döyüş. Bu, Balkanlarda daha böyük Varnaya səlib yürüşünün bir hissəsi idi. Döyüş Osmanlı imperiyasının Balkan dağlarında yerləşən Zlatitsa aşırımında, Zlatitsa şəhəri (indiki Bolqarıstan) yaxınlığında baş tutmuşdur. Polşa kralının səbirsizliyi və qışın şiddəti Yanoş Hunyadini 1444-cü ilin fevralında öz ölkəsinə qayıtmağa məcbur etmişdi. Buna baxmayaraq, o, Bosniya, Herseqovina, Serbiya, Bolqarıstan və Albaniyada sultanın hakimiyyətini tamamilə qırmağa nail olmuşdu. 1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi.