Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmzət
Həmzət — ad. Həmzət bəy — Qafqaz İmamətinin II imamı. Həmzət Çadasa — Avar Sovet şairi Həmzət Çimayev — çeçen əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı. Həmzət Yandarbiyev — çeçen yazıçı, şair, alim Həmzət İbrahimov — Kimya elmləri doktoru, professor Həmzət bəy Qəbulov-Şirvanlı — publisist.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Ərəb qrafikalı Azərbaycan əlifbalı Azərbaycan dilində çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar.[mənbə göstərin] Həmzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə əlif ilə gəlir.
Məzəm
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. == Coğrafiyası və iqlimi == Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
Qəmzə
Qəmzə — bəzi insanların gülümsədikləri zaman yanaqlarında altdakı ət səbəbiylə çıxan dəridə görünən çuxurlar. Ölü hüceyrələr səbəbindən yanaqda çökmə meydana gəlir. Ümumən, qəmzələr cəmiyyətlərdə cəlbedici görünür. Körpələr tez-tez qəmzəlidirlər, daha sonra əzələlərin yaşın irəlləməsi ilə birlikdə uzanmasıyla çox vaxt yox olur və ya naməlum olurlar. Nəticə etibarıyla, yetkinlərə görə, qəmzələr ümumən xoşluq və məsumiyyət simgələridir. Qəmzə irsi xarakter daşıyır və basqın genlərlə daşınır. Eyni zamanda qız adıdır.
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Həmdəm Ağayev
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Həmzət Yandarbiyev
Həmzət Yandarbiyev (5 avqust 1940, Köhnə Atagi[d], Çeçen-İnquş MSSR) — çeçen yazıçı, şair, alim, siyasi və ictimai xadim, Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, pedaqoqika elmləri namizədi, Çeçenistan Dövlət Universitetinin rus və dünya ədəbiyyatı kafedrasının dosenti, Çeçenistan Respublikasının fəxri vətəndaşı. == Bioqrafiyası == Sürgün illərində Şərqi Qazaxıstan vilayətinin Leninoqorsk şəhərindəki 14 nömrəli məktəbdə oxuyur. 6-cı sinifdə pul yığır və Çeçenistanın məşhur yazıçı və şairləri Xalid Oşayev, Saidbəy Arsanov, Maqomet Mamakayev, Maqomed-Salax Qadayev, Abdul Xamidov, Raisa Əhmədovanın əsərlərinin dərc olunduğu Kinxeqaman bayraxk qəzetinə abunə olur. Tələbəlik illərində özünü ədəbiyyatda sınamağa başlayır. 1963-cü ildə ilk əsəri nəşr olunur. 1964-cü ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirir. Təhsilini bitirdikdən sonra məktəbdə müəllim, muzey-qoruqda, müəllimlərin təkmilləşdirilməsi institutunda, pedaqoji institutda və universitetdə çalışır. Rusiya Təhsil Nazirliyi Milli Məktəblər Araşdırma İnstitutunun aspiranturasında oxuyur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci illərin sonlarından etibarən respublika mətbuatında respublikanın ictimai həyatı, çeçen xalqının tarixi və mədəni irsinin qorunması ilə bağlı aktual mövzularda məqalələrlə fəal şəkildə çıxış etməyə başlayır.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Həmzət Çadasa
Həmzət Tsadasa (avar. ХӀамзат ЦӀадаса; 9 avqust 1877, Tsada[d], Dağıstan MSSR – 11 iyun 1951, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — Avar Sovet şairi və dramaturqu, tərcüməçisi, dövlət xadimi. Dağıstan MSSR-in xalq şairi (1934). İkinci dərəcəli Stalin mükafatı laureatı (1951). Rəsul Həmzətov və Hacı Həmzətovun atası. == Həyatı == Həmzət Tsadasa 9 (21) avqust 1877-ci ildə Tsada kəndində (indiki Dağıstanın Xunzax rayonu) kasıb bir kəndli ailəsində anadan olmuşdur. Soyadı "Tsadasa" təxəllüsdür və "Tsada" aulunun adından gəlir (Avardan tərcüməsi — "Tsada" dan). Erkən yaşında yetim qalır. Atası Yusipil Maqoma onun 7 yaşında vəfat edir, ardıncada anasının itirir. Mədrəsədə təhsilini alıb.
Həmzət İbrahimov
Həmzət İbrahimov (10 iyul 1934, Şali, Şimali Qafqaz diyarı[d] – 10 mart 2006, Qroznı, Çeçenistan, Rusiya) — Kimya elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının qurucularından biri və ilk prezidenti, Rusiya Elmlər Akademiyasının Hərtərəfli Tədqiqat İnstitutunun direktoru, yeddinci çağırış SSRİ Ali Sovetinin deputatı, ictimai xadim. == Bioqrafiya == 1958-ci ildə Çeçen-İnquş Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-cü ildə Moskva Dövlət Universitetində aspiranturanı bitirir. Orada "İkili dəmir sistemlərində səth gərginliyi və adsorbsiyasının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Diplomu müdafiə etdikdən sonra Qroznıya qayıdır. Onun səyləri sayəsində Çeçen-İnquş Pedaqoji İnstitutunda aspirantura açılır. 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. 1983-cü ildə "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Əməkdar Elm və Texnika İşçisi" adına layiq görülür. Dövlət Mülki Aviasiya Elmi-Tədqiqat İnstitutunun sifarişi ilə İbrahimovun rəhbərliyi altında civə və amalqamların aviamaterialara təsiri, eləcə də obyektlərin demerkurizasiyası üçün təsirli üsulların işlənib hazırlanması üzrə tədqiqat aparılmışdır. Hazırlanmış metodların Moskva, Daşkənd, İrəvan hava limanlarında tətbiqi bir neçə milyon rubl iqtisadi effekt vermişdir.
Tərzəm (Vərziqan)
Tərzəm (fars. طرزم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 816 nəfər yaşayır (184 ailə).
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.
Zərzər (Xudabəndə)
Zərzər (fars. زرزر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 608 nəfər yaşayır (116 ailə).
Həmzət Çimayev
Həmzət Xizaroviç Çimaev (rus. Хамзат Хизарович Чимаев; 1 may 1994, Qvardeyskoe[d], Çeçenistan) — çeçen əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı. əvvəllər İsveçi və indi BƏƏ-ni təmsil edir. Ultimate Fighting Championship (UFC) orta çəki divizionunda yarışır. Sərbəst güləş üzrə Çimaev üçqat İsveç Milli çempionudur. 21 noyabr 2023-cü il tarixinə UFC orta çəki reytinqində 9-cu yerdədir.
Həmzə Ablayev
Həmzə Ablayev və ya Amza Ablayev (22 may 1922, Korbek[d], Krım MSSR – 10 sentyabr 1998, Şumxay[d], Krım Muxtar Respublikası) — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya Müharibəsinin iştirakçısı == Haqqında == Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər. 1942-ci ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsində iştirak edib. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır. 1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub.
Həmzə Allamov
Həmzə Allamov (türkm. Hamza Allamow, 19 yanvar 1982) — Türkmən futbolçu, hücumçu. 2006-cı ildə Türkmənistan çempionatının ən yaxşı bombardiri. == Tərcümeyi-hal == Həmzə Allamov 19 yanvar 1982-ci ildə anadan olub. Hücumçu kimi oynadı. O, 2002–2009 və 2014–2015-ci illərdə aralarında "Daşoğuz" komandasında oynadı (son iki mövsümdə komanda "Daşoğuz" adlandı). 2005 mövsümündə Türkmənistan çempionatında 20 qol vurdu, bombardirlər siyahısında ikinci yeri tutdu və yalnız 30 qolu olan MTTU-dan Berdimurad Şamuradova məğlub oldu. 2006 mövsümündə Allamov 22 qol vuraraq çempionatın ən yaxşı bombardiri oldu. Bundan əlavə, müxtəlif illərdə Aşqabadda (2006, Birlik Kubokunda) və Özbəkistanın "Şurtan" komandasında oynadı. (2007).
Həmzə Haz
Həmzə Haz (d. 15 fevral 1940, Ketapanq[d]) — İndoneziya siyasətçisi. Birləşmiş İnkişaf Partiyasının (1998-2007) sədri idi və 2001-ci ildən 2004-cü ilədək vitse-prezident vəzifəsində çalışıb. Həmzə Borneo adasında Pontianak şəhərində bir qəzet jurnalisti idi və daha sonra Tancunqpura Universitetində iqtisadiyyatdan təhsil aldi. Onun siyasi karyerası 1968-ci ildə Qərbi Kalimantanın Vilayət Nümayəndəsi Şurasının üzvü kimi başlamışdır. Daha sonra Cakartaya köçdü, 1971-ci ildə Məclis üzvü oldu, ilk olaraq Müsəlman Nəhdlətul Uləma Partiyasının üzvü oldu. Bütün İslamçı partiyalara bir partiyaya qoşulmuş siyasi nüfuzdan və Nəhdlətul Uləmanın siyasətdən çəkilməsindən sonra, 1973-cü ildə yeni yaranmış Partai Persatuan Pembangunan (PPP)nın üzvü oldu. Həmzə Suxartonu əvəz edən prezident Buharuddin Yusuf Habibinin başçılığında İnvestisiya Naziri vəzifəsini icra etdi və 1999-cu ildə seçkilərdə PPP-yə rəhbərlik etmək üçün vəzifəsindən istefa etdi. Həmzə prezident Abdurrahman Vahidin kabinetinə qoşulub, sonra iki aydan sonra Vahidin ilk kabinetindən çıxaraq Xalqın Rifahı naziri vəzifəsindən istefa verən birinci idi. Vahidin vokal tənqidçisi oldu, amma o, həmçinin kompromis qabiliyyəti ilə tanınır.
Həmzə Hocagil
Həmzə Hocagil (türk. Hamza Hocagil) — Türkiyəli filoloq, professor. == Haqqında == Həmzə Bəktaş 23 fevral 1946-cı ildə Malatya Akçadağda, Kotangölü kəndində anadan olmuşdur. Atası bu kəndin imam-camaatı olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Akçadağda, liseyi isə Malatyada oxumuşdur. Daha sonra müəllimlik texnikumunu bitirmişdir. Bundan sonra 1 il Malatyada müəllimlik etmişdir. Daha sonra Ərzurum Universiteti Təhsil Fakültəsinə daxil olmuşdur. 1967-ci ildə buranı bitirmiş və Malatya Darəndədə 3 il müəllimlik etmişdir. Sonra Arquvan ilçəsində müəllmlik etmişdir.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həmzə Vəliməmmədov
Həmzə Vəliməmmədov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti. == Həyatı == Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970-1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir. Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Həmzə Yunusov
Həmzə imamzadəsi
Seyid Həmzə türbəsi — Təbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. == Tarixi == Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.