Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Robert Zemekis
Robert Li Zemekis (ing. Robert Lee Zemeckis; 14 may 1952) — amerikalı kinorejissor, ssenarist və prodüseri. "Ən yaxşı rejissor" kateqoriyası üzrə Oskar mükafatı laureatı olan Zemekis Forrest Qamp, Didərgin, Beovulf, Gəzinti və s. filmlərin rejissorudur. Robert Zemekis 1952-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. Kristian Fenger Akademiyasında təhsil almışdır. 1972-ci ildən kino fəaliyyətinə ("Lift" filmi ilə) başlamışdır. Onlarla film çəkmişdir.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski Bromus L. subg. Nevskiella Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.