Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığnaq
Siqnaxi və ya Sığnaq — Gürcüstanın Kaxeti mxaresində yerləşən kiçik şəhər. Sığnaq (Xocalı) — Xocalı rayonunda kənd.
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.
Drosera zigzagia
Drosera zigzagia (lat. Drosera zigzagia) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Sığnaq (Gürcüstan)
Siqnaxi (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi. == Tarix == Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
Sığnaq (Qazaxıstan)
Sığnaq (Sığınaq) — Müasir Qazaxıstanın Qızıl orda vilayəti ərazisində, Tümən-Arıq dəmiryolu stansiyasından 18 km şimal-şərqdə, Sırdərya çayından 20 km şimalda tapılan qədim şəhər. 15 qullələri ismən qalan daş hasarla əhatələnən şəhristanın sahəsi 10 ha yaxındır. Torpaq xəndəklə əhatələnən həndəvəri ilə birlikdə -13 ha. Ərazisində məsçid, mədrəsə, türbə və yaşayış tikililəri var. Su şəhərə 20 km kanal vasitəsi, eləcə də Karatay yamaclarındakı dağ çaylarından daxil olurdu. İlk dəfə X əsrdə ərəb coğrafiyaçısı əl-Məqdisi tərəfindən, oğuzların şəhəri kimi qeyd edilir. XI əsrin ortalarında qıpçaq şəhəri, Tən-Şan dağlarından Sırdərya ilə aşağı sonra isə Xəzərin müasir sahilinə qədər kedən karvan yolunda iri ticarət və sənətkarlıq mərkəzi idi. 1219 ildə monqollar tərəfindən dağıdılıb, lakin XIII sərdə dirçəlib, Qızıl Ordanın pul sikkəxanalarından biri. XIV əsrin ortalarından Göy Ordanın paytaxtı. XIV-XV əsrlərdə Teymurun və Teymurilərin imperiyasının tərkibində idi.
Sığnaq (Xocalı)
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sığnaq bələdiyyəsi
Siqnaxi bələdiyyəsi (gürc. სიღნაღის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi. 2006-cı ilədək Sığnaq rayonu adlanıb. İnzibati mərkəz Siqnaxi şəhəridir.
Sığnaq qəzası
Sığnaq qəzası (rus. Сигнахский уезд; gürc. სიღნაღის მაზრა siğnağis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sığnaq şəhəri idi. == Tarix == 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. Kartli–Kaxetiya krallığı dövründə Kaxetiya krallığı 2 mahala bölünürdü: Qaxet mahalı və Qızıq mahalı. Yeni təşkil edilmiş Sığnaq qəzası keçmiş Qızıq mahalını, Telavi qəzası isə Qaxet mahalını əhatə edirdi. 22 aprel 1840-cı ildə Sığnaq qəzası ləğv edildi, onun ərazisi yeni təşkil edilmiş Gürcüstan–İmeretiya quberniyasının Telavi qəzasına verildi. 26 dekabr 1846–cı ildə Gürcüstan–İmeretiya quberniyası ləğv edildi, inzibati–ərazi vahidi olaraq Sığnaq qəzası yeni yaradılmış Tiflis quberniyası tərkibində yenidən təşkil edildi. == Əhali == Rusiya İmperiyasının Zaqafqaziyadakı ərazilərində ilk kameral sayım 14 aprel 1803-cü ildə başladılmış və 1805-ci ilədək davam etmişdir.
Zilzal Surəsi
99-cu surə
Ziqmar Qabriel
Ziqmar Qabriel(alm. Sigmar Gabriel‎, 12.09.1959, Qoslar) — Alman siyasətçisi, Sosial Demokrat Partiyasının üzvü (2013-2018). Almaniya Xarici İşlər Naziri (2017-2018). Aşağı Saksoniya ərazisinin baş naziri (1999-2003). Ekologiya, təbiət mühafizəsi və nüvə təhlükəsizli naziri (2005-2009). 13 noyabr 2009-cu ildən Almaniya Sosial Demokrat Partiyasının sədri olmuşdur. Almaniya İqtisadiyyat və Enerji naziri(2013-2017). == Həyatı == Ziqmar hələ üç yaşında olarkən valideynləri boşanır. Anası tibb bacısı, atası isə bir bələdiyyə işçisi idi. Ziqmar Qabriel, Qoslar Şəhər gimnaziyasını bitirdikdən sonra hərbi xidmətə çağrıldı.
Dizaq mahalı
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dizaq məlikliyi

Dizaq nahiyəsi
Dizaq nahiyəsi — Qarabağda XIII əsr-1939 inzibati nahiyə. == Tarixi == Qarabağ bəylərbəyliyinin Arazbar ölkəsinin inzibati ərazisi. 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Dizaq sancağı nahiyəsi. Dizaq nahiyəsi 79 kənd 3 qışlağı 1 məzrədən ibarətdi. Bu kəndlərdən 33 boş və kimsəsiz olub onların yalnız vergi hasılatı qeyd olunmuşdur. 1 Qoçəhmədli 2 Qarabulaq qışlağı1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Bərgüşad livasının Dizaq nahiyəsi 86 Köy bulunmakta 41 köy ise boştur vergi veren : 1 Tuğ 2 Cəbrayıl (Cebrayıllı) 3 Daşkəsən (Cəbrayıl) 4 Hadrut (Haderud) 5 Sur 6 Mehemmedzur 7 Benazur 8 Köşbek 9 Azıx (Xocavənd) (Azug) 10 Seleketün 11 Düdükçü 12 Susalıg 13 Tomu 14 Zamzur 15 Edilli Eydilli ( beydilli ) 16 Dərəaxunlu 17 Cerağuş 18 Teğasi 19 Metucahan ve gışlaglar 20 Tumaglı 21 Əhmədli 22 Mingülab Teresu 23 Qarğabazarı 21 Qoçəhmədli 12 nəfər vеrgi ödəyən adam var. Bu adamlar 12.000 ağça vеrgi ödəyirmişlər. Məşğuliyyətləri əkinçilik imiş. Buğda, arpa və pərinc əkirmişlər. Ipəkçiliklə də ilgilənirmişlər.
Dizaq qəzası
Dizaq qəzası — Qarabağ bəylərbəyliyinə daxil olan qəza. == Haqqında == Dizaq "qalaça" deməkdir. Dizaq qəzasının ərazisinə Füzuli bölgəsinin xeyli kəndi daxil idi. Bu kəndlər əsasən dağlıq hissədə yerləşən şenliklərdir. 1593-cü ildə Dizaq qəzasının Dizaq nahiyəsinə 82 kənd aid edilirdi (Füzuli bölgəsinə aid olan).Səfəvilər hakimiyyəti zamanında, bəylərbəylik dönəmində Dizaq qəzasının və nahiyəsinin kəndləri Osmanlı qaynaqlarındakı ilə eynidir. Dizaq qəzası XVII yüzilin sonlarında ləğv olundu. Qəzanın kəndlərinin əksəriyyəti Dizaq nahiyəsinin tərkibinə verildi.
Dizaq rayonu
Hadrut rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir.Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Dizaq sancağı
Dizaq sancağı — Liva-i Dizaq (Dizaq livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizaq idi.
Ziqar (el)
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafazası

Ziqar mühafəzası

Ziqar mühafəzəsi

Zaqafqaziya (Ziazat) kəklikotu
Cavanşir-Dizaq mahalı
Cavanşir-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri. == Qısa bilgi == Sahəsi - Əhalisi - Cavanşirlər Yaranması — 1747-ci il Mərkəzi— Hacılı obası Sərhədləri —Qərbdən Xırdapara-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Dəmirçihəsənli mahalı, cənubdan Ərdəbil xanlığı. == Cavanşir-Dizaq mahalının tarixi == Qədim-qayım Qarabağın mahallarından biri də Cavanşir-Dizaqdır. Cavanşir-Dizaq mahalı qərbdən Xırdapara-Dizaq, şimaldan Vərəndə, şərqdən Dəmirçi-Həsənli, cənubdan Ərdəbil vilayəti, Şahsevən xanlığı ilə həmsərhəd idi. Cavanşir-Dizaq mahalı əski Arazbar qəzası ərazisinin əksər hissəsini əhatə edirdi. Arazbar qəzası isə ta qədimdən Cavanşir elinin yurd yeridir. Pənahəli xan Sarıcalı-Cavanşir hakimiyyətə yiyələnəndən sonra Qarabağ xanlığını mahallara böldü. Arazbar qəzasının əsas hissəsi Cavanşir-Dizaq mahalının ərazisinə düşdü. Qarabağ xanları əslən Cavanşir-Dizaq mahalından olduqlarından bu bölgənin camaatına xüsusi qayğı göstərirdilər. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir.
Dizaq-Cəbrayıllı mahalı
Dizaq-Cəbrayıllı mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi -Cəbrayıllılar Yaranması — 1747-ci il Paytaxtı— Cəbrayıllı kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Dizaq mahalı, şərqdən Xırdapara-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. == Mahalın tarixi == Qədim-qayım Qarabağın ünlü mahallarından biri də Dizaq-Cəbrayıllıdır. Mahalın sınır-sərhədi günеydən Araz çayı, quzеydən Dizaq mahalı, günbaтandan Bərgüşad mahalı və günbaтandan Xırdapara-Dizaq mahalıdır. Dizaq-Cəbrayıllı mahalı Dizaq mahalının ərazisində yaranıb. Mahal öz adını Cəbrayıllı еlindən alıb. Mahal 1822-ci ildə ləğv olundu. Dizaq mahalına bağlandı. == Cаvаnşir-Dizаq mahalının nаibləri == == Mənbə == Ənvər Çingizoğlu, Cəbrayıllı eli, "Soy" dərgisi, 2 (5), 2005, səh.48-57. Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.
Dizaq məlik sarayı
Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidələri kompleksi. Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilmişdir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir. == Tarixi == Ehtimal ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Abidəni tədqiq etmiş K. Mkrtçyanın fikrincə, əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrin əvvəllərində inşa edilmişdir.Qəbul otağının giriş qapısı üzərindəki portalda yerləşdirilmiş kitabədə yazılmışdır: Kitabədə qeyd edilənlər həmin dövrün fars, türk və erməni dilli mənbələrində də təsdiqlənir. Məlik Yeqanın məzar daşı üzərindəki kitabədə isə yazılır: == Memarlıq xüsusiyyətləri == Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır.Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatmışdır. Sarayın qonaq və yaşayış otaqları üç istiqamətdə qruplaşdırılmışdır. Otaqların bir neçəsi birbaşa saray həyətinə açılır.