Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Züzülö
Cubili (komiks)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Cubili (personaj)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. == Gücləri == Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. == Həyatı == İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Nataliya Budilo
Nataliya Budilo (8 avqust 1979) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Budilo Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Gaspar Rubio
Gaspar Rubio Meliá (14 dekabr 1907 Serra, Valencia, İspaniya - 3 yanvar 1983 Mexiko, Meksika) İspaniyalı futbolçu və məşqçi. 1921-ci ildən 1927-ci ilə qədər olan dövrdə İspaniya yığmasında keçirdiyi 4 oyuna 9 qol vurmuşdur.
Marko Rubio
Marko Rubio (ing. Marco Antonio Rubio; 28 may 1971, Mayami, Florida) — Amerikalı siyasətçi, ABŞ senatına Florida ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Marko Rubio Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, dördüncü yeri tutmuşdur.
Zabil Azadlı
Zabil Tələt oğlu Azadlı (1 yanvar 1999; Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zabil Ağayev
Zabil Azər oğlu Ağayev (1 mart 1994, Məmmədabad, Saatlı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Ağayev 1994-cü il martın 1-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Zabil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayil rayonu, Cəbrayıl. Xocavənd döyuşləri. Xocavənd. Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Ağayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Zabil Bayramov
Zabil Bayramov (tam adı:Bayramlı Zabil Həsrət oğlu; 1950, Mərzili, Ağdam rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor. == Həyatı == 1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur. === Təhsili === 1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1972–1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974–1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosentidir. === Elmi fəaliyyəti === Əsas tədqiqatları Azərbaycanın XVI–XVII əsrlər tarixinə həsr olunmuşdur.
Zabil Müqabiloğlu
Zabil Müqabiloğlu (tam adı: Nəcizadə Zabil Müqabil oğlu) — azərbaycanlı jurnalist. == Həyatı == Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb. Gunxeber.com saytının baş redaktor olmuşdur. 26 fevral 2017-ci il tarixdə qaraciyər xəstəliyindən vəfat etmişdir. Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.Ailəlidir, bir oğlu var.
Zabil İbadzadə
Zabil Fikrət oğlu İbadzadə (27 dekabr 1996; Lənkəran rayonu, Azərbaycan — 5 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil İbadzadə 1996-cı il dekabrın 27-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Zabil İbadzadə 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Zabil İbadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil İbadzadə noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil İbadzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil İbadzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil İbadzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Zebil nahiyəsi
Zebil nahiyəsi — Naxçıvan ərazisində nahiyə. == Osmanlı dövründə == Zebil nahiyəsində isə 24 kənd olmuşdur. Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmışdır.
Zubin Mehta
Zubin Mehta (hind ज़ूबिन मेहता, ing. Zubin Mehta; 29 aprel 1936[…], Bombey, Britaniya Hindistanı) — Hindistannın parsilər əsilli dirijoru. == Bioqrafiyası == Mehta Hindistanın kübar parsilər ailəsində dünyaya gəlmişdir. Atası Meli Mehta musiqiçi — skripkaçı və dirijor olmuşdur. Zubin Mehta həkim olmağı arzulasa da sonradan fikirini dəyişərək Vyana konservatoriyasına daxil olur. Burada o, Hans Svarovskidən dirijorluq dərsini alır. Sonra təhsilini İtaliyada Siena şəhərindəki Kiciana musiqi akademiyasında təhsilini davam etdirir. Burada o, Daniel Barenboym ilə dostlaşır. Bu dostluq onu çəkib İsrailə aparır. 1958 ci ildə Mehta Liverpul filarmoniyasından dirijor assistentliyinə dəvət alır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Susilo Bambanq Yudhoyono
Susilo Bambanq Yudhoyono (9 sentyabr 1949[…]) — İndoneziyalı siyasətçi və bu ölkənin 6-cı prezidenti.
Kristian Rubio Sivodedov
Kristian Rubio Sivodedov (7 noyabr 1997-ci ildə anadan olub) — Norveç Tippaliqaen təmsilçilərindən olan Stromsqodset klubunda yarımmüdafiəçi kimi çıxış edən İsveç futbolçusudur. == Karyerası == === Dyurqardens İF === Rubio Sivodedov öz futbol karyerasına Dyurqardens klubunda 6 yaşı olarkən başlamışdır. Rubio Dyurqardens klubundakı gənclik illərində Mançester Siti və Nyukasl Yunayted klublarının diqqətini cəlb etmişdir. O, Allsvenskan liqasında debütünü Dyurqardens klubu ilə 2014-cü il mövsümündə etmişdir. === Şalke 04 === 29 yanvar 2015-ci ildə Rubio Almaniya təmsilçilərindən olan Şalke 94 klubu ilə müqavilə imzalamışdır. == Şəxsi həyatı == "Rubio" soyadı ona Kuba əsilli atası tərəfindən, "Sivodedov" soyadı isə Rusiya əsilli anası tərəfindən ona verilmişdir.
Paskual Ortis Rubio
Paskual Ortis Rubio (isp. Pascual Ortiz Rubio; d. 10 mart 1877, Morelia, Meksika – 4 noyabr 1963, Mexiko, Meksika) — Meksikalı siyasətçi və Meksika prezidenti (1930-1932). Kalyes hökuməti elə bariz şəkildə nəzarəti altında saxlayırdı ki, Ortis Rubio 1932-ci ildə etiraz aksiyasında prezidentliyindən istefa vermişdi. == Həyatı == Ortis Rubio Miçoakan ştatının Morelia şəhərində hüquqşünas və mülkədar ailəsində anadan olmuşdur. O, elə həmin şəhərdə San Nicolás de Hidalgo Miçoakan Universitetində mühəndislik ixtisası üzrə təhsil almışdır. O, tələbəlik illərindən siyasi fəaliyyətə başlamış və 1896-cı ildə Porfirio Diasın yenidən seçilməsinə qarşı çıxmışdır. 1910-cu ildə Meksika inqilabının baş verməsi və 1911-ci ildə Fransisko İqnasio Maderonun seçilməsi ilə, Ortis Rubio federal qanunverici hakimiyyətə Miçoakanın nümayəndəsi kimi seçilmişdir. General Viktoriano Uerta, Madero və onun vitse-prezidentini istefaya göndərib, sonradan - 1913-cü ilin fevralında hər ikisini öldürdükdən sonra Ortis Rubionu həbs etmişdir. Uerta 1914-cü ildə bir neçə inqilabçı fraksiya tərəfindən devrilmiş və Federativ Ordu bu məğlubiyyətlə darmadağın edilmişdi.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.