ZABİL

is. [ fars. ] mus. Tarda bir pərdə.
Mirzə Sadıq tarın qoluna zabil pərdəsini əlavə etmişdir. Ə.Bədəlbəyli.

□ Zabil segahı – Azərbaycan muğamlarından birinin adı.
Z
ZABİT
OBASTAN VİKİ
Zabil Azadlı
Zabil Ağayev
Zabil Bayramov
Zabil Bayramov (tam adı:Bayramlı Zabil Həsrət oğlu; 1950, Mərzili, Ağdam rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor. 1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir. 1972–1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974–1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosentidir. Əsas tədqiqatları Azərbaycanın XVI–XVII əsrlər tarixinə həsr olunmuşdur.
Zabil Müqabiloğlu
Zabil Müqabiloğlu (tam adı: Nəcizadə Zabil Müqabil oğlu) — azərbaycanlı jurnalist. Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb. Gunxeber.com saytının baş redaktor olmuşdur. 26 fevral 2017-ci il tarixdə qaraciyər xəstəliyindən vəfat etmişdir. Pirşağı qəbiristanlığında torpağa tapşırılıb. Ailəlidir, bir oğlu var.
Zabil İbadzadə

Digər lüğətlərdə