Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Isomeria
Cyanthillium (lat. Cyanthillium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cyanopis Blume === Heterotipik sinonimləri === Claotrachelus Zoll. Isomeria D.Don ex DC. Isonema Cass. Triplotaxis Hutch.
Imeria
Imeria (lat. Imeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Imeria memorabilis (Maguire & Wurdack) R.M.King & H.Rob.
İzomer
İzomerlər – molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə deyilir. Bərabər hissələrdən ibarət, başqa sözlə, eyni brutto formula malik olan deməkdir; tautomeriya – izomerliyin bir növüdür və bu izomerlik zamanı tautomerlərin sürətlə bir-birinə çevrilməsi baş verir. “Tautomeriya” terminini (yunan sözü tautos – “həmin özü”, meros – “hissə”) 1885-ci ildə alman kimyaçısı Konrad Laar (1853-1929) daxil etmişdir. O, sian turşusunun iki formasının prototrop çevrilməsini öyrənmişdir. “Prototrop” sözündə birinci hissə hidrogen atomunun (protonun) miqrasiyasını göstərir, ikinci hissə yunan tropos – “istiqamət, üsul, xarakter” sözündəndir. İzomerləşmə - üzvi birləşmənin tərkib və molekul kütləsi dəyişilmədən başqa quruluşlu birləşməyə çevrilməsidir. İzomerləşmədə molekulun karbon skleti, funksional qrupların xarakteri, yaxud onların molekulda yerləşmə ardıcıllığı dəyişir, bəzən karbon atomları tsikli kiçilir (böyüyür). İzomerlik- bəzi kimyəvi birləşmələrin öz tərkibini və molekul kütləsini dəyişmədən fəza quruluşunu dəyişməsi, nəticədə yeni fiziki-kimyəvi xassələr kəsb etməsi. Alınan birləçşmə izomer adlanır. Sklet izomeri molekulun skletini əmələgətirən karbon atomlarının müxtəlif formalarda birləşməsindən yaranır.
İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə "düzgün", dəqiq olur. Tut: PERSPECTIVE VIEW. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.