Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
İrəc (ad)
İrəc — Kişilərə verilən farsca mənşəli şəxsi ad. İrəc — İran mifologiyasında Firidunən kiçik oğludur. İrəc İsmayıl — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. İrəc Əfşar — Tədqiqatçı, iranşünas və biblioqraf. İrəc Əfşar Sistani — İranşünas və yazıçı. İrəc İskəndəri — İranlı kommunist siyasətçi idi. İrəc Mirzə — Məşhur İran şairi. İrəc Əhmədzadə — Teatr aktyoru. İrəc Hərirçi — İranlı siyasətçi və cərrahdır.
İrəc Mirzə
İrəc Mirzə (farsca: ایرج میرزا), Cəlalülməmalik (جلال‌الممالک) ləqəbiylə də tanınırdı (oktyabr 1874, Təbriz – 14 mart 1926, Tehran) — məşhur İran şairi. == Həyatı == İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransız və rus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır. İrəc Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi.
İrəc İskəndəri
İrəc İskəndəri(d. 1908, ö. 1985) - İranlı kommunist siyasətçi idi. Qacar şahzadəsi olaraq fransız təhsili almışdı. O, İran Tudə Partiyasının baş katibi və parlamentin bir üzvü idi. 1946-cı ilin yayında o, Qəvam koalisiya kabinetində Ticarət və Sənaye naziri seçildi.
İrəc İsmayıl
İrəc İsmayıllı (15 oktyabr 1961, Urmiya) — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. == Həyatı == İrəc İsmayıllı 1961-ci ilin oktyabr ayının 15-də Cənubi Azərbaycanın (İran) Urmiya şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Urmiyada almışdır. Erkən yaşlarından milli azadlıq mübarizəsinə qoşulmuşdur. Ötən əsrin 80-ci illərin ortalarından siyasi səbəblər üzündən vətəni tərk etməyə məcbur olmuş, Norveçə mühacirət etmişdir. Hal-hazırda Norveçin Stavanger şəhərində yaşayır. 1991–1995-ci illərdə Norveçin Stavanger Universitetinin bakalavr, (1995–1996) Böyük Britaniyanın Heriott-Watt Universitetinin magistratura pillələrini bitirmişdir. Bir müddət Stavanger şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdir. Həmin şəhərin mərkəzi kitabxanasında Azərbaycan dilində kitablardan ibarət bölmənin yaradılmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə Norveçdə neft şirkətində mühəndis kimi fəaliyyət göstərmişdir.
İrəc Əfşar
İrəc Əfşar (8 oktyabr 1925, Tehran – 9 mart 2011, Tehran) — Tədqiqatçı, iranşünas və biblioqraf. Yəzddə dünyaya gəlmişdir.
İrəc Əhmədzadə
İrəc Əhmədzadə - teatr aktyoru. == Həyatı == İrəc Əhmədzadə 1903-cü ildə Təbrizdə doğulub. Yeniyetmə yaşlarında "Arşın mal alan" operettasına baxıb və bununla da qəlbində teatr sənətinə coşğun ehtiras alovlanıb. Teatrla ilk tanışlığından sonra həvəskarların dram dərnəyinə üzv olub. Az sonra müəyyən təcrübə toplayaraq "Ariyen" teatr dəstəsinə üzv olub. Şirin və zil səsi, xoş zəngulələri, xalq folklorundan şirələnən məzəli və dadlı yumoru ilə könülləri oxşayan İrəc Əhmədzadə musiqi tamaşalarında daha cazibəli sənət uğurları qazanıb. Aktyor Üzeyir bəyin operettalarında həm əsas partiyaları şövqlə oxuyub, həm də ən komik rollara maraqlı səhnə ömrü verib. Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Əsgər və Soltan bəy), "Məşədi İbad" (Sərvər və Məşədi İbad, Rza bəy) operettalarında, "Şah Abbas və Xurşid banu" (Odunçu), "Leyli və Məcnun" (Məcnunun atası) operalarında, Hüseyn Cavidin "Xəyyam" (Xacə Nizamülmülk və Məlik şah), Səməd Vurğunun "Fərhad və Şirin" (Xosrov) mənzum romantik pyeslərinin tamaşalarında, Süleyman Sani Axundovun "Eşq və intiqam" (İbad və Əlimərdan) faciəsində, Cəlil Məmmədquluzadənin "Anamın kitabı" (Mirzə Baxşəli) dramında bir-birindən fərqli rollar oynayıb. İrəc Əhmədzadə savadlı ziyalı idi və Azərbaycan, həmçinin dünya dramaturgiyasından çoxlu nümunələri mütaliə etmişdi. O, Təbrizin səhnə həvəskarları arasında dəstə bağlayıb qastrollar təşkil edən ilk aktyorlardan biridir.
İrəc Əfşar Sistani
İrəc Əfşar Sistani (24 oktyabr 1940, Zabul, Sistan və Bəlucistan ostanı) — İranşünas və yazıçı. Sistan və Bəlucistan ostanının Zabul şəhərində dünyaya gəlib.
Futbol üzrə İsveç çempionatı
Allsvenskan (isv. Allsvenskan) — İsveçin futbol üzrə ən yüksək liqası. 1924-cü ildə təsis edilmişdir. == Tarixi == 1896-1925-ci illər arasında İsveç klubları arasında İsveç Çempionatı (isv. Svenska Mästerskapet) keçirilirdi. Daha sonra isə bu turniri Allsvenskan əvəz etdi. İlk belə yarışmanın qalibi QAİS klubu olmuşdur. 1987-ci ilə kimi çempionatın rəsmi adı I Divizion idi və yalnız bu ildən müasir ismi ilə adlandırıldı. == Format == Allsvenskan mövcud olduğu müddət ərzində həm payız-yaz, həm də yaz-payız sistemi ilə keçirilmişdir. 1982-1990-cı illərdə çempionatın sonunda pley/off maçları keçirilirdi.
Kərəc
Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi. == Tarixi == == Coğrafiyası == Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Xəzrəc
Xəzrəc – Mədinə qəbilələrindən biri. == Haqqında == İslamdan öncə onlar Mənata (büt) tapınırdılar. Onlar İslamı qəbul etdikdən sonra ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə Yəməndə onlara yaxın olan evs qəbiləsi ilə birlikdə yaşamış, sonra onların hər ikisi Yəsribə (Mədinəyə) köçmüşdürlər. Sonra bu qəbilələr arasında qarşıdurma başlamış, onilliklər boyu davam etmişdir. Bu qarşıdurmada yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri dəstəkləmişdir. Evslilərlə xəzrəclilərin sonuncu qanlı toqquşması Buas döyüşündə olmuşdur. Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb qəbilələrindən dəstək almış evslilər xəzrəclilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun illər boyu sürən qarşıdurmaların sonunda evslilər özləri də zəifləmişdirlər. Buna görə də, onlar bu qələbədən faydalana bilməmişdirlər.
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
Zireh
Zireh — insanlar, nəqliyyat vasitələri və ya gəmilərin qorunması üçün istifadə olunan qoruyucu geyimdir. == Haqqında == Barıt aşkar edildikdən əvvəl, döyüşlərin əksəriyyətində əsgərlər sinə-sinəyə döyüşdürdülər. Bu dövrdə döyüşçüləri düşmən silahından müdafiə etmək üçün zireh, dəbilqə və qalxan kimi müxtəlif vasitələrdən istifadə edilmişdir. Bundan əlavə, Makedoniyalı İskəndərin 12 qatdan ibarət kətandan zirehi də var idi.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
İzron
İzron (fr. Izeron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38195. Kommunanın 1999-cu il üçün əhalisi 609 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 166 ilə 1440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km qərbdə yerləşir.
İzzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. == Etimologiyası == Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Cizrə
Cizrə (türk. Cizre, pronounced [ˈdʒizɾe]; ərəb. جَزِيْرَة ٱبْن عُمَر‎, Cəzirət ibn Ömər, kürd. Cizîr, Cizîra Botan və ya Cizîre; süry. ܓܙܪܬܐ ܕܒܪ ܥܘܡܪ, Qazarta) — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda şəhər. Dəclə çayı üzərində Suriya–Türkiyə sərhədində və İraq–Türkiyə sərhədinə yaxın yerləşir. Cizrəşəhəri Cəzirə tarixi regionunda və Türkiyə Kürdüstanı mədəni regionundadır. 2021-ci ildə şəhərin əhalisi 130,916 nəfər idi. Birinci Dünya müharibəsindən sonra şəhər XX əsrin ikinci yarısında yenidənqurma yolu ilə bərpa olunmağa başlamışdır. Cizrə əhalisi 1984-cü ildən etibarən Türkiyə–PKK münaqişəsindən qaçanların çoxu sığınacaq yeri kimi böyük artım görmüşdür.
IREX
IREX (International Research & Exchanges Board) — beynəlxalq qeyri-kommersiya təşkilatı olub təhsilin keyfiyyətinin yüksəldilməsi, müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafı məqsədilə liderlik və innovativ proqramlar təklif edir.
ISRC
ISRC (International Standard Recording Code) – audio-video yazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
İmrə
İmrə , Yaz başlanğıcında Cemreyi (yeddi gün ara ilə əvvəl hava, sonra su və torpaqda meydana gəldiyi sanılan istilik artımını) təşkil edən cin. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulqarlarda Zemire olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemre sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər. İlk Cemre 20 Fevralda havaya və yeddi gün ara ilə də suya və torpağa düşər. Zemre isə Qumuq Türkcəsində nəm, buxar kimi mənalara gəlir.
Zirə
== Qəsəbə və bələdiyyələr == Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. == Digər mənalarda == Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu == Oxşar mənalarda == === Adalar === Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. === Bitkilər === Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.