Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İllustrasiya
İllüstrasiya (lat. illustratio) — təsviri incəsənət, işıqlandırma, əyani təsvir. kitab, jurnal, dissertasya və i.a. bu kimi olan nəşrlərdə mətnlə bağlı şəkillər; bir kitabın mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən şəkil; mətni müşayiət edən və onu tamamlayan təsvir (rəsm, qravür, fotoşəkil, reproduksiya, xəritə, sxem və s.); bədii və elmi əsərləri obrazlı şərh edən təsviri sənət sahəsi. Kitab, qəzet və jurnallarda verilən illüstrasiyalar mətnin obrazlı şərhinə yardım edən tərtibatın digər elementləri (frontispis, vinetka, kitabın başlıq və sonluq şəkilləri, başlanğıc hərflər) ilə tamamlanır mətni izah edən şəkil və ya başqa təsvir olub bədii əsərin emosianal atmosferinin ötürülməsi üçün istifadə olunur. İllüstrasiya rəssam tərəfindən yaradılan çizmə, eskiz(cızmaqara), rəngləmə, fotoqrafiya və yaxud da başqa növ şəkillərin qrafiki təsviridir. Mənşəyi latın dilindən gəlib illustratio, illustro kimi ifadə olunaraq maarifləndirmək, şüalandırmaq mənalarını kəsb edir. İllüstrasiyalara sənətkaranə təsvirlər məsələn: mətn, şeir, moda, jurnallar, markalar və həmçinin tez-tez uşaq kitabları üçün hazırlanan illüstrasiyalar da aid edilir. Hal-hazırda kitablarda, jurnallarda və posterlərdə istifadə edilmiş orjinal illüstrasiyaların toplanmasına maraq artır. Bir çox muzey sərgiləri, jurnallar, incəsənət qalereyaları öz nümayişlərində keçmiş dövrün illüstratorları üçün yerlər ayırır.