Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmpuls
Cismin kütləsi ilə sürəti hasilinə bərabər olan kəmiyyətə impuls deyilir. p → = m v → {\displaystyle {\vec {\mathbf {p} }}=m{\vec {v}}} Burada p {\displaystyle \mathbf {p} } (vahidi k q ⋅ m s a n {\displaystyle {\frac {kq\cdot m}{san}}} ) impuls, m {\displaystyle m} (vahidi k q {\displaystyle kq} )cismin kütləsi və v {\displaystyle v} (vahidi m s a n {\displaystyle {\frac {m}{san}}} ) cismin sürətidir. Impuls vektorial kəmiyyətdir və sürət istiqamətində yönəlir. İmpulsun, Qüvvə impulsu kimi növüdə var. Qüvvə F {\displaystyle F} ilə onun Δ t {\displaystyle \Delta \mathbf {t} } təsir müddətinin hasilinə bərabər olan kəmiyyətə qüvvə impulsu deyilir. Cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. Δ p → = m v → − m v → 0 = F → Δ t {\displaystyle \Delta {\vec {\mathbf {p} }}=m{\vec {v}}-m{\vec {v}}_{0}={\vec {\mathbf {F} }}\Delta \mathbf {t} } Qüvvə impulsunun tapılmasının bəzi tətbiqlərinə baxaq: a) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə eyni istiqamətdə yönəldikdə; Δ p = m v 2 − m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}-mv_{1}} } b) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə əks istiqamətdə yönəldikdə; Δ p = m v 2 + m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}+mv_{1}} } c) Cismin perpendikulyar istiqamətdə səth ilə elastik toqquşarsa, Δ p = 2 m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {2mv} } , plastiki toqquşarsa Δ p = m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv} } olar. d) Ümumi halda, yəni p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } müxtəlif istiqamətlərdə olarsa, Δ p {\displaystyle \Delta \mathbf {p} } -nin qiyməti kosinuslar teoreminə görə tapılır: Δ p = p 1 2 + p 2 2 − 2 p 1 p 2 cos ⁡ α {\displaystyle \Delta \mathbf {p} ={\sqrt {p_{1}^{2}+p_{2}^{2}-2p_{1}p_{2}\cos \alpha }}} Burada α {\displaystyle \mathbf {\alpha } } − {\displaystyle -} p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } vektorları arasındakı bucaqdır deyildir təkan, səbəb, stimul; fiziologiyada qeyri-iradi hərəkət; mexanikada hərəkət prosesində əldə olunan orta əhəmiyyətə malik qüvvə; elektronikada elektrik cərəyanının sürətli və qısa müddətli sıçrayışı; hər hansı bir hərəkəti doğuran daxili səbəb, təkan. Məsələn, yaradıcılıq impulsu. İradə impulsu.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Elektromaqnit impuls
Elektromaqnit impuls (ing. Electromagnetic pulse, EMP) partlayışdan sonra meydana gələn (əsasən nüvə partlayışları) və elektron cihazlara zərər verən dalğalardır. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində ABŞ tərəfindən elektron bomba (e-bomba) kimi istifadə edilmişdir. ABŞ-nin 2003-cü ildəki İraq müharibəsində də istifadə etdiyi iddia edilir. Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar.
Mavi İmpuls
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Lazer impuls analizi
Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Ampula
Ampula (lat. ampulla, yun. ἀμφορεύς — аmfora) — müasir mənada dərmanların saxlanması üçün nəzərdə tutulmuş hermetik qapalı şüşə qab, kimyəvi cəhətdən təmiz maddələrin və ya steril dərmanların, tikiş materiallarının (məsələn, ketqut) saxlanması üçün istifadə olunur. == Tarixi dəyərləri == === Qab === Ampula qədim Romada sağsıdan, şüşədən və ya metaldan hazırlanmış, adətən geniş gövdəli, dar boyunlu və iki tutacaqlı kiçik qabdır. Yağ və başqa mayelərin saxlanması üçün nəzərdə tutulmuşdur. === Sülhsaxlayan === Pravoslav və Katolik kilsələrində sülh, müqəddəs su və digər müqəddəs mayelərin saxlanması üçün istifadə olunurdu. Ampulanı bəzən ikonalar saxlanılan sandıqlara qoyurdular. Məsələn Salonikli Demetriusun mozaika ikonasının yuxarı sahəsinə (İtaliyadakı Sassoferrato muzeyi XIV əsr) əzab çəkmiş müqəddəs Demetriusu təmizləyən müqəddəs suyla dolu qurğuşun ampula qoyulmuşdur. == İstifadəsi == Ampula nazik, uzunsov formada olur. Tibbi məqsədlər üçün dərmanları steril vəziyyətdə saxlamaq üçün istifadə olunur.
Proprioseiopsis amplus
Proprioseiopsis amplus (lat. Proprioseiopsis amplus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis amplus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tame Impala
Tame Impala — avstraliyalı musiqiçi Kevin Parkerin psixodelik musiqi layihəsi. Parker mahnılarını özü yazır, bəstələyir və prodüserliyi tək başına edir. Konsert zamanı ona Dominic Simper, Jay Watson, Cam Avery və Julien Barbagallo dəstək olur.
MPLS
Multiprotocol Label Switching (MPLS) (azərb. Çoxprotokollu etiket kommutasiyası‎) — şəbəkə ünvanlarına deyil, etiketlərə əsaslanaraq məlumatları bir qovşaqdan digərinə yönləndirən telekommunikasiya şəbəkələrində rutinq texnikası. Şəbəkə ünvanları son nöqtələri müəyyən edərkən etiketlər son nöqtələr arasında qurulmuş yolları müəyyən edir. MPLS müxtəlif şəbəkə protokollarının paketlərini əhatə edə bilər, bu səbəbdən adında multiprotokol sözü mövcuddur. MPLS T1/E1, ATM, Frame Relay və DSL daxil olmaqla bir sıra texnologiyaları dəstəkləyir. == Funksiyası == MPLS şəbəkəsində məlumat paketlərinə etiketlər təyin edilir. Paketin yönləndirilməsi ilə bağlı qərarlar paketin özünü yoxlamağa ehtiyac olmadan yalnız bu etiketin məzmunu əsasında qəbul edilir. Bu hər hansı bir protokoldan istifadə edərək hər hansı bir nəqliyyat mühitində ucdan-uca sxemlər yaratmağa imkan verir. Əsas faydası müəyyən bir OSI modelinin verilənlərin ötürülməsi kanalı (ikinci kanal) texnologiyasından asılılığını və müxtəlif trafik növlərini təmin etmək üçün çoxlu ikinci səviyyə şəbəkələrinə ehtiyacı aradan qaldırmaqdır. MPLS paket kommutasiya şəbəkələri ailəsinə aiddir.
PULS (RYAS)
PULS və ya LYNX — İsrail Hərbi Sənayesi (IMI Systems) tərəfindən istehsal edilmiş və İsrail Silahlı Qüvvələri başda olmaqla bir çox ölkənin orduları tərəfindən istifadə edilən reaktiv yaylım atəş sistemidir. Ümumilikdə 40 reaktiv yaylım atəş raketini üstündə daşıya bilən LYNX-ın maksimum mənzili 250 km-dir. Beynəlxalq yermüəyyənetmə sistemi (GPS) ilə inteqrasiya olunmuş formada işləyən RYAS 370 mm çapa qədər olan raketləri dəstəkləyir. == Təchizatı == “Lynx” YARS-ın standart təchizatına aşağıdakılar daxildir: müasir ətalətli tuşlanma sistemi (ANN) qabaqçıl FCS İNS Metrologiya sistemi İlkin müşahidə Hava kəşfiyyatı C4I (şəbəkə əməliyyatları üçün) == Üstünlükləri == “Lynx” müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli yaylım atəşli reaktiv sistemdir. “Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər. “Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər. YARS-ların sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir.
Mana Puls Milli Parkı
Mana Puls Milli Parkı — Zimbabvenin şimalında 219,600 hektar ərazini əhatə edən vəhşi təbiəti mühafizə zonası və milli parkdır. Bura, aşağı Zambezi çayının hər yağış mövsümündən sonra düzənliyin geniş bir göl sahəsinə çevrildiyi bir regionudur. Göllər daha sonra getdikcə quruyur və geri çəkilir. Bu zaman bölgə bir çox iri heyvanı su axtarışına cəlb edir və bura, Afrikanın ən məşhur araşdırma bölgələrindən birinə çevrilir. Park 1984-cü ildə Sapi Safari bölgəsi (118,000 ha) və Çivour Safari sahəsi (339,000 ha) ilə birlikdə (ümumi 676,600 ha) UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Mana Puls həmçini, 3 yanvar 2013-cü il tarixində beynəlxalq əhəmiyyətli Ramsar bataqlıq ərazisi təyin edilmişdir. == Etimologiya == Mana şona dilində "dörd", Pool isə ingilis dilində "hovuz" deməkdir və parkın bu adı orta Zambezi yaylaları tərəfindən meydana gələn dörd böyük daimi hovuza istinad edir. == Ekologiya == Bu 2500 kvadrat kilometrlik çay sahili, adalar, qum sahələri və hovuzlar, maxaqoni, yabanı əncir, eboniya və baobab meşələri ilə əhatə olunmuş ərazilər Cənubi Afrikanın ən az inkişaf etmiş milli parklarından biridir. Park ölkədəki ən böyük begemot və timsah konsentrasiyasına və zebra, fil və Afrika kəlinin böyük quraqlıq mövsümdə ən böyük məməli populyasiyalarına malikdir. Bu ərazidə şir, hepard, Afrika vəhşi iti, bəbir və qonur kaftar da daxil olmaqla yaxın təhlükə altında olan növlər də mövcuddur.