Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pestovo
Pestovo — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
İpatovo
İpatovo (rus.
STOVL
Short Take off Vertical Landing ya da STOVL, İngilis dilində olan “Qısa qalxma şaquli enmə” sözlərinin baş hərflərindən formalaşmış qısaltmadır. Ümumilikdə VTOL adı ilə adlandırılan sistemin (Şaquli enmə-qalxma) F-35 təyyarəsinin bəzi uçağının modellərində istifadə ediləcək xüsusiyyətinin başqa adıdır.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
Butovo mədəniyyəti
Butovo mədəniyyəti — Rusiyada Volqa-Oka hövzəsində Mezolit dövrünə (8,5-9,5 min il əvvəl) aid arxeoloji mədəniyyət.Butovo mədəniyyəti 1976-cı ildə L.V.Koltsev tərəfindən müəyyənləşdirilmiş, Tver vilayətindəki Butovo I düşərgəsinin adı ilə adlandırılmışdır. Düşərgələrdə bəzən yerüstü tikililərin və yarımqazmaların izlərinə rast gəlinmişdir. Butovo mədəniyyəti üçün daş ox ucluqları, mikrolitlər, ərsinlər, tiyələr, bıçaqlar və s. səciyyəvidir. Butovo mədəniyyətinin mənşəyi son paleolit dövrünün Resseta mədəniyyətinin ənənələri ilə əlaqələndirilir. Neolit dövründə bu ərazidə yayılmış Yuxarı Volqa mədəniyyətinin mənşəcə Butovo mədəniyyəti ilə bağlı olmasına dair fərziyyə mübahisəlidir.
Butovo mədəniyyəti.

Sistova müqaviləsi
Sistova müqaviləsi — 1787-1791-ci illər arasənda baş vermiş Avstriya-Osmanlı müharibəsinin sonunda imzalanmış müqavilədir. Böyük Britaniya, Prussiya və Hollandiya tərəfindən vasitəçilik edilərək, 4 avqust 1791-ci ildə Bolqarıstanda Sistovada (müasir Svishtov) imzalanmışdır.11 iyul 1789-cu ildə Osmanlı İmperiyası ilə İsveç arasında dostluq müqaviləsi bağlandı. Sultan III Səlim Rusiya və Avstriyanın onlar üçün təhlükə olacağını düşünən Prussiya kralı ilə ittifaq sazişi bağladı (31 yanvar 1790). Ancaq bu müqavilələr qüvvəyə minmədi. Fransa İnqilabından (1789) və Fransanın artan hərbi təhlükəsindən sonra yayılmağa başlayan millətçi fikirlər səbəbindən Avstriya Osmanlılarla yeni bir müqavilə imzalamağa məcbur oldu. Zestovi müqaviləsi 4 avqust 1791-ci ildə bu gün Bolqarıstanın şimalında yerləşən Zestoviç şəhərində imzalanmışdır. Bu müqavilədən sonra Osmanlı İmperiyası ilə Avstriya arasında dostluq dövrü başladı. Sistova müqaviləsi Avstriya-Osmanlı müharibələrinə son qoydu. 19-cu və 20-ci əsrlərdə Avstriya Osmanlılara qarşı Rusiyanın rəhbərlik etdiyi müharibələrdə iştirak etmədi. == Müqavilədən əvvəlki vəziyyət == Habsburg Monarxiyası müharibənin ilk ilində geri çəkildi, lakin sonra Belqradı fəth etdi və 1790-cı ildə Calafat yaxınlığında daha bir qələbə qazandı.
Devid İston
Devid İston (ing. David Easton 24 iyun 1917, Toronto – 19 iyul 2014) — ABŞ və Kanada politoloqu. O, ABŞ-də bu sahə üzrə qabaqcıl alimlərdən biri hesab edilir. == Həyatı == Devid İston 1917-ci ildə, o zaman Britaniya imperiyasının bir hissəsi olan Kanadanın Toronto şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Toronto Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi almışdır. İston Harvard Universitetində 1943-cü ildə magistr dərəcəsi və 1947 -ci ildə doktorluq dərəcəsi almışdır. O, elə həmin il Çikaqo Universitetində Siyasi Elmlər Departamentində assistent kimi əmək fəaliyyətinə başlamışdır. İston 1943–1947-ci illərdə Harvard Universitetində aspirantura müəllimi kimi çalışmışdır. O, 1981-ci ildən Kaliforniya İrvin Universitetində professor olmuşdur. İston 1968–1969-cu illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti olmuşdur.
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi “bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə “Dərzi”, “Həkim”, “Qırmızı bankir” adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün “Slovo” adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının “C” hərfi ( slavyan əlifbasında – “söz” kimi tərcümə edilən “slovo” sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk “qaranquş”larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün “Gefsiman bağı” romanında vermişdir.
Slovo binası

Stevo Pendarovski
Stevo Pendarovski (mak. Стево Пендаровски, 3 aprel 1963, Skopye) — makedoniyalı siyasətçi, Şimali Makedoniya Respublikası prezident seçkiləri namizədi. == Həyatı == Stevo Pendarovski 3 aprel 1963-cü ildə Üskubda dünyaya gəlmişdir. Ali təhsilini Üskup Müqəddəs Kiril ve Metodius Universitetində almış, 1987-ci ildə universitetin hüquq fakültəsini bitirmişdir. Daha sonra yenə eyni universitetdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2008-ci ildən Üskup Amerikan Kolleci Universitetində "Beynəlxalq təhlükəsizlik, xarici siyasət və qlobalizasiya" ixtisası üzrə professor köməkçisi vəzifəsində çalışmaqdadır. == Siyasi fəaliyyəti == 2001–2004-cü illərdə prezident Traykovskinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini icra edən Pendarovski 2004–2005-ci illərdə Dövlət Seçki Komissiyasına rəhbərlik etmişdir. 2005–2009-cu illərdə prezident Zrvenkovskinin xarici siyasət müşaviri olmuşdur. 2014-cü il prezident seçkilərində iştirak edən siyasətçi SDSM-nin namizədi olaraq seçkilərdə müvəffəqiyyətsizlik əldə etmişdir. 2016–2017-ci illərdə millət vəkili olan Pendarovski, 2017-ci ilin noyabr ayından etibarən NATO Milli Koordinatorluq vəzifəsini icra etməkdədir.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Hutovo Blato Təbiət Parkı
Hutovo Blato — Bosniya və Herseqovinada yerləşən təbiət qoruğu və quş qoruğu. Bura ilk növbədə Krupa çayının yeraltı su sisteminin yaratdığı bataqlıq ərazilərdən ibarətdir. Deransko gölü və Svitavsko gölünü ayıran Ostrvo əhəngdaşı massivindən qidalanır. Qoruq BirdLife İnternational-ın Əhəmiyyətli Quş Bölgələri siyahısındadır. Həm ölçüsü, həm də müxtəlifliyi baxımından bölgədəki ən böyük qoruqdur. Deransko gölünün ətrafındakı Aralıq dənizi bataqlıqları buranı daimi ev halına gətirən 240-dan çox köçəri quş və onlarla insanın yaşadığı yerdir. Köç mövsümündə on minlərlə quş göl və ətrafını doldurur. == Bataqlıq ərazilər == Neretva çayının son 30 km boyunca yerləşən dərə və həmçinin çayın özü möhtəşəm mənzərəni əhatə edir. Qoşqularının, Trebižat və Bregava çaylarının məcrasından aşağıda, dərə 20.000 hektar ərazini əhatə edən bir allüvial əraziyə yayılmışdır. Bosniya və Herseqovinadakı 7.411 hektar ərazidə olan yuxarı vadiyə Hutovo Blato deyilir.