Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikolay İstomin
Nikolay Mixayloviç İstomin (rus. Николай Михайлович Истомин; 9 may 1855 – 1925) — Rusiya general-leytenantı. Birinci Dünya müharibəsi illərində 5-ci Qafqaz Ordu Korpusunun komandiri kimi tanınmışdır. == Bioqrafiya == Nikolay Mixayloviç İstomin 21 may 1855-ci ildə Pyatnitskoyedə anadan olub. 7 sentyabr 1868-ci ildə Baltikyanı Naviqasiya Məktəbinə daxil olmuş, oradan 30 avqust 1873-cü ildə 5-ci dəniz ekipajında gizir rütbəsində buraxılmış, lakin donanmada çox qalmamış və orduya keçmiş və 3-cü artilleriya briqadasında xidmət etmişdir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi zamanı İstomin Lovçe-Selva dəstəsinin tərkibində olmuş və Plevnanın mühasirəsində döyüşmüşdür. Daha sonra oBalkanlarda Trayanov keçidi üzərindən çətin bir qış keçidi etmişdir. Bu kampaniyadakı fərqlənməyə görə 18 dekabr 1878-ci ildə ikinci leytenant rütbəsinə yüksəlmişdir. 20 dekabr 1879-cu ildə leytenant rütbəsində fəaliyyət göstərən İstomin Baş Qərargah Akademiyasına qəbul imtahanlarını vermiş və 1883-cü ildə onu 2-ci dərəcəli ilə bitirmişdir. O, Kiyev hərbi dairəsinin qərargahında idi.
Novaya i noveyşeya istoriya
Novaya i noveyşeya istoriya (rus. Новая и новейшая история, mənası – Yeni və ən yeni tarix) — Rusiyada elmi jurnal. SSRİ Elmlər Akademiyası Ümumu Tarix İnstitunun orqanı olmuşdur. 1957-ci ildən Moskvada nəşr olunur. Jurnal yeni və ən yeno dövrün sosial-iqtisadi, siyasət və ideyalar tarixinin problemlərini işıqlandırır, inqilablar, beynəlxalq fəhlə və kommunist hərəkatı, milli azadlıq mübarizəsi, sosializm quruculuğu, beynəlxalq münasibətlər tarixinə aid materiallar, sənədlər, memuatlar dərc edir. 1982-ci ildə tirajı 10,650 nüsxə olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Новая и новейшая история» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.