Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bizon içkisi
Bizon içkisi — sərinləşdirici içki. Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır. == Haqqında == Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir. Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Sıt içkisi
Sıt (сыть, bəzən канун)-Bal qatılmış sudur. == Haqqında == Bişmiş balı ilə qarışdırılır. Bundan çox vaxt slavyan xalqlarının milli şirniyyatlarını hazırlayan zaman istifadə edirlər.Sıta batırılmış bulkuları kanun adlandırırdılar. == Ənənəsi == Qədim Rusiyada sıt çox məşhur içki idi, hansı ki, onu yeməkdən sonra qəbul edirdilər. Sıt sözündən tox oluncaya qədər yemək, və ya başqa cür toxuq artıq şirin sıtın vaxtıdır.Sıtın hazırlanmasının bir resepti kimi qaynayan suya balı qataraq,boçkanın içərisinə qoymaqdan ibarətdir. Balın suda həll olmasından sonra soyumasını gözləmək lazımdır.Bəzən onları hazırlayan zaman 30°C-yə qədər qaynadılmış su balın üzərinə düşür.Bəzən ocaqda hazırlanan sıta dada görə bir çox otlar əlavə edilirdi.
Tej içkisi
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
İçici Otani
İçici Otani (31 avqust 1912, Hyoqo prefekturası – 23 noyabr 2007, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Bizon (enerji içkisi)
Bizon içkisi — sərinləşdirici içki. Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır. == Haqqında == Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir. Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.
Eqq-noq içkisi
Eqq-noq (ing. eggnog, egg-nog)-Şirin içkidir. == Haqqında == Kənd yumurtasının süd ilə qarışığından alınır. ABŞ, Kanada, Cənubi,Mərkəzi Amerika və Avropa ölkələrində geniş yayılıb. Milli bayram içkisi sayılır. Eqq-noqun vətəni Şotlandiya<nowi4767y0ki/>dı. == Tərkibi == Eqq-noqun sadə tərkibi: yumurta şəkər tozu süd və ya qaymaq alkoqol (rom, visnki, brendi bu ancaq alkoqollu növünə əlavə edilir) ədviyyatlar (darçın, hind qozu və s) Rusiyada bu içkinin oxşarı qoqul-moqoldur. == Həmçinin bax == Qoqul-moqol Alkoqollu içkilər == İstinadlar == Andrew F. Smith, The Oxford Encyclopedia of Food and Drink in America, Oxford University Press, 2.
Hell (enerji içkisi)
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Vikiçi
Vikiçi — Viki texnologiyası üzrə mütəxəssis.
İlxıçı
İlxıçı bu mənalarda gələ bilər: İlxıçı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. İlxıçı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Məmmədxan — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Həsən Əfəndi — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı (İran) — Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən bir şəhərdir.
Bell iflici
Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsədə, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir ços hesabatlarda öz əksini tapmışdır. Müvafiq hesab edildikdə, xəstələrin diabetə və Laym xəstəliyinə (Borrelia burqdolferi bakteriyası ilə infeksiya) müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısa müddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzun müddətli ağırlaşmalarındandır.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.
Mikimoto Kokiçi
Mikimoto Kokiçi (御木本 幸吉, 10 mart 1858 və ya 25 yanvar 1858, Toba[d], Mie prefekturası – 21 sentyabr 1954, Yaponiya) – Yaponiya biznesmeni, mirvari yetişdirə bilmiş ilk şəxs. "Mikimoto" mirvari şirkətinin əsasını qoymuşdur. Onu "Mirvarinin kralı" adlandırırlar. == Həyatı == Mikimoto Kokiçi 1858-ci ildə müasir Mie prefekturasının ərazisində yerləşən Toba şəhərində doğulmuşdur. Udon restoranı işlədən atanın ən böyük oğlu idi. O, 1880-ci illərdə abalon tutmağa və dəniz xiyarları qurutmağa başlamışdır. Səyahətlərinin birində gördüyü mirvarilərdən təsirlənmiş və mirvari yetişdirməyə qərar vermişdir. 1883-cü ildə Mie prefekturasının Şima yarımadasında yerləşən Aqo körfəzində mirvari stridiyaları böyütməyə başlamışdır. 1893-cü ildə sferoid mirvari istehsal etməyi bacarmış və 1895-ci ildə yetişdirməyə başladığı mirvariləri 1898-ci ildə yığmışdır. Mikimotonun yetişdirilmiş mirvariləri ilk dəfə olaraq 1897-ci ildə xarici ölkələrə göndərilməyə başlanmışdır.
Piçiçi Mükafatı
Piçiçi mükafatı İspaniyanın yerli idman nəşri sayılan "Marca" tərəfindən, hər mövsüm La Liqada ən çox qol vuran oyunçuya təqdim edilən mükafatdır. Bu mükafat "Atletik Bilbao" klubunun oyunçusu olmuş Rafael "Piçiçi" Morenonun adına adlandırılandan sonra 1952/53 mövsümündən etibarən hər il qalib oyunçuya təqdim edilir. Piçiçi mükafatı İspaniya Futbol Federasiyası tərəfindən rəsmi olaraq tanınmayıb. Mükafat "Marca" nəşrinin subyektiv meyarlarına əsasən müəyyən olunur.
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. == İlk illəri == Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. == Karyerası == Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Su çəkici
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Takamine Cokiçi
Takamine Cokiçi (高峰 譲吉, 3 noyabr 1854[…] – 22 iyul 1922, Nyu-York, Nyu-York ştatı) – Yaponiya kimyaçısı, adrenalini saf şəkildə ayıra bilmiş ilk şəxs. "Yaponiyanın Tomas Edisonu" və "Yaponiyanın Pasteri" ləqəbləri ilə tanınır. ABŞ biotexnologiyasının qurucularından biri hesab olunur. == İlk illəri və təhsili == Takamine Cokiçi 3 noyabr 1854-cü ildə Yaponiyanın qərb sahilində yerləşən bir qəsəbədə doğulmuşdur. 1866-cı ildə Qərb elmlərini öyrənməyə başlamış, 1878-ci ildə Yaponiya hökumətinin dəstəyi ilə Qlazqo Universitetində təhsil almaq hüququ qazanmışdır. Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Kənd Təsərrüfatı və Ticarət Departamentində işləməyə başlamışdır. 1884-cü ildə Nyu-Orleanda keçirilən Pambıq sərgisində iştirak etmək üçün seçilmişdir. Nyu-Orlean qaldığı evin sahibinin qızı Karolina Fild Hitçlə tanış olmuş və onunla evlənmişdir. Balayı üçün getdiyi Cənubi Karolinada gübrə zavodlarını, Vaşinqtonda isə patent hüququnu öyrənmişdir. == Karyerası == Takamine Yaponiyaya qayıdandan sonra hökumətin dəstəyi ilə Tokio Süni Gübrə Şirkətini qurmuşdur.
Yukiçi Tsumura
Polkovnik-leytenant Yukiçi Tsumura və ya tanınan adıyla polkovnik-leytenant Çomora (Çomura), Yaponiya imperiyasının hərbi-dəniz qüvvələridə xidmət etmiş dəniz zabiti və 1012 türk hərbi əsiri İstanbul hökumətinə təslim etmək vəzifəsi daşıyan Heymey-maru gəmisinin komandiridir. == Heymey-maru hadisəsindəki rolu == Birinci Dünya Müharibəsi zamanı rus çarına əsir düşən və Sibirdə əsir düşərgəsində saxlanılan əsgər və ailələrindən ibarət 1012 türk əsir 1918-ci ildə Ağ ordu qüvvələrinə dəstək vermək məqsədi ilə bölgəni işğal edən Yaponiya İmperator ordusu tərəfindən əsir götürülür. 1921-ci ilin fevralında digər Antanta Dövlətlərinin belə bir tələbi olmasa da, Yaponiya imperiyası Osmanlı imperiyasının diplomatik və iqtisadi səyləri ilə bu məhbusları İstanbul hökumətinə təhvil verməyə qərar verir. 1921-ci il fevralın sonunda Vladivostokdan yola düşən Heymey-maru gəmisi aprelin 3-də Süveyş kanalını keçərək Aralıq dənizinə çatır. Aprelin 5-də Çanaqqala boğazına çatmaq üzrəykən Midilli adası yaxınlığında Yunanıstan Krallığının donanması tərəfindən dayandırılır. Anadoluda müharibə apardıqlarını əsas gətirərək; Yunanıstan Krallığı, İstanbul hökumətinə təhvil veriləcək olsa belə, bu məhbusun ekstradisiyasına icazə verə bilməyəcəklərini bildirərək, gəmi komandiri Tsumuradan türk əsirləri Yunanıstana təhvil verməsini istəyir. Polkovnik-leytenant Tsumura bu dəfələrlə edilən xahişləri qətiyyətlə rədd edərək, məhbusların Yaponiya İmperiyasının himayəsi altında olduğunu söyləyir. Sonda gəmi Yunanıstan tərəfindən Pirey limanına (yun. Λιμάνι Πειραιά) aparıldı və 6 ay ərzində hətta ərzaq almağa icazə verilmədən limanda saxlanılır. Gəmidəki insan böhranın təsiri ilə işə qarışan Millətlər Cəmiyyətinin əsir olan qadın və uşaqların sərbəst buraxılmasının lazım olduğunu deməsindən sonra göyərtədəki 395 qadın və uşaq Yunanıstanın Olympos adlı gəmisi ilə İstanbula aparılır.
İlxıcı (Həştrud)
İlxıcı (fars. ايلخچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 204 nəfər yaşayır (37 ailə).
İlxıçı (Ağsu)
İlxıçı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İlxıçı Ağsu rayonunun Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı İlxıçı Əlicanlı olmuşdur. Yaşayış məntəqəsi Şahsevən tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı Şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır.
İlxıçı (Xaçmaz)
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. == Tarixi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
İlxıçı (dəqiqləşdirmə)
İlxıçı bu mənalarda gələ bilər: İlxıçı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. İlxıçı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Məmmədxan — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Həsən Əfəndi — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı (İran) — Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən bir şəhərdir.
İlxıçı (İran)
İlxıçı — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,927 nəfər və ya 4,014 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Bu şəhərin əhalisinin məzhəbi Əhli Haqqdır.
İlxıçı (Ərdəbil)
İlxıçı (fars. ايلخچي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (38 ailə).