KADİFE

məxmər
KADIN
KADRAN
OBASTAN VİKİ
Kadifekale
Kadifekale (Türkcədən tərcümədə "məxmər qala" ) — Türkiyənin İzmir şəhərində təpənin və həmçinin həmin təpədə yerləşən qədim qalanın adı. Həm təpə, həm də qala türk dövründən əvvəl, Roma İmperiyası dövründə Paqos ( yun. Πάγος) adlandırılırdı və bu gün də yerli yunanlar tərəfindən belə adlandırılır. Rəvayətə görə burada yaşayan amazon qadınları su üçün dağın ətəyindəki Meles çayına enirdilər. Qalanın tapıldığı zirvə sahildən təxminən 2 km məsafədədir və İzmir şəhərinin böyük bir hissəsinə, eləcə də İzmir körfəzinə mənzərə təqdim edir. İnzibati baxımdan təpə sahəsinin böyük hissəsində, təxminən altıda dördündə gecəqondular yaradılmışdır. Bunlardan biri təpəylə eyni olaraq Kadifekale, digərləri isə Alireis, Altay, İmariye, Kosova və Yenimahalle kimi adlandırılıb. 2007-ci ildə İzmir Böyükşəhər Bələdiyyəsi Kadifekale'de təmir və bərpa işlərinə başladı. 2020-ci ildə Kadifekale, "İzmirin tarixi liman şəhəri"-nin tərkib hissəsi olaraq Ümumdünya irsinin Türkiyədəki müvəqqəti siyahısına daxil olmuşdur. == Paqos dağında Smirnanın bərpası == Buaradkı ilk qeydə alınan müdafiə divarları sonralar Trakya və Kiçik Asiyada hökmdar (e.ə.