KAMİL
KAMİLƏN
OBASTAN VİKİ
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kamilə Nəbiyeva
Kamilə Nəbiyeva (25 noyabr 1991, Xanagah, İsmayıllı rayonu) — müğənni, xanəndə. == Həyatı == Kamilə Nəbiyeva 25 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində musiqiçi ailəsində doğulub. Atası Tahir Nəbiyev xanəndə olub. İlk dəfə 6 yaşından oxumağa başlayıb. İlk musiqi təhsilini atasından alıb. 1998-2007-cu illərdə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbdə, 2009-2012-ci illərdə Bakı Humanitar Kollecin (köhnə adı Mədəni-Maarif Texnikomu) xanəndəlik fakültəsində, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb. Təhsil illərində xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovadan dərs alıb. == Fəaliyyəti == 2011-ci ildən Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət göstərir. Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Xarici səfərləri == ABŞ, Fransa, Almaniya, Avstraliya, İsveç, İtaliya, Mərakeş və digər ölkələrdə keçrilən konsert və festivallarda Azərbaycanı təmsil edib.
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.

Digər lüğətlərdə

воодушеви́ть левизна́ нитрова́ться четверору́кое шва́льная ю́го-за́пад ишеми́ческий маврита́нский стиль на первых пора́х пропесо́чить сле́дует чистосерде́чно backyard castrate diacaustic embarcadero fabliau flood-hatch greenish hydrosulfite sacerdotal контакт некорректный одёргивать построение