Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karlo
Karlo — ad. Karlo Ponti — İtaliya kinoprodüseri. Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. Karlo Qoldoni — Venesiya dramaturqu.
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Jak Kallo
Jak Kallo (fr. Jacques Callot; 1592[…] və ya 25 mart 1592, Nansi – 25 mart 1635[…] və ya 24 mart 1635, Nansi) — fransız qravürçü və rəssam. Ən böyük ofort texnikasının ustası (cəmi 1500-dən çox qravür buraxmışdır), ofort texnikasının yeni növünün ixtiraçısıdır. == Bioqrafiyası == Jak Kallo, 1592 və ya 1593-cü ildə Nansidə, Lotaringiya qəhrəmanı Jan Kallonun böyük ailəsində anadan olmuşdur. Uşaqlıqdan rəsmlə maraqlanır, küçədə gördüyü hər şeyi təsvir etməyə çalışırdı. 1609-cu ildə bir versiyaya görə — gəzən qaraçılarla birlikdə Romaya piyada getmişdir. Əvvəlcə, rəssam Remicio Kantaqallina ilə birlikdə Florensiyada, sonra Romada, gənc rəssam etch sənətini mənimsədiyi məşhur qravürçü Antonio Tempestanın emalatxanasında təhsil aldı. 1611-ci ildən Kallo Florensiyada çalışdı, burada 1612-ci ildə Culio Parici atelyesinə fəaliyyətini davam etdirdi. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Сомов, Александр Андреевич. Калло, Жак // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Karlo Allioni
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Karlo Ançelotti
Karlo Ançelotti (it. Carlo Ancelotti; 10 iyun 1959[…]) — "Real Madrid" klubunun baş məşqçisi vəzifəsini yerinə yetirən italyan peşəkar futbol məşqçisi və keçmiş futbolçu. O, İtaliyada "Karletto" (it. Carletto), İspaniyada isə "Don Karlo" (isp. Don Carlo) ləqəbi ilə tanınır və bütün zamanların ən böyük futbol məşqçilərindən biri kimi qəbul edilir. Ançelotti UEFA Çempionlar Liqası tarixinin ən uğurlu məşqçisidir: o, kuboku məşqçi olaraq beş dəfə, üstəlik futbolçu olduğu zamanlarda daha iki dəfə qazanıb. O, həmçinin altı dəfə Çempionlar Liqası finalındakı bir komandanı idarə etmiş ilk və yeganə məşqçidir. "AC Milan" klubunun oyunçusu olaraq 1989 və 1990-cı illərdə iki dəfə Avropa Kubokunu (indiki Çempionlar Liqası) qazanmışdır ki, bu da onu həm oyunçu, həm də məşqçi kimi Avropa Kubokunu / Çempionlar Liqasını qazanmış yeddi nəfərdən biri edir. Ançelotti eyni zamanda Avropanın ən yaxşı beş liqasında liqa çempionu olmuş ilk və yeganə məşqçidir. FİFA Klublararası Dünya Kubokunu 3 dəfə qazanmışdır.
Karlo Berqonsi
Karlo Berqonsi (it. Carlo Bergonzi; 13 iyul 1924) — italyan opera müğənnisi — tenor. Cüzeppe Verdinin operalarından partiyaların ifaçısı kimi tanınır. İtaliyanın Polezine-Parmense kommunasında dünyaya gəlmişdir. 14 yaşından Parm konservatoriyasında vokal dərsləri almağa başlayan müğənni ilk əvvəl bariton səs tembri ilə ifalara başlayır. İkincü denya müharibəsində Almaniya ərazisində əsir düşərgəsinə düşür. Müharibə bitdikdən sonra İtaliyaya qayıdaraq Breşi konservatoriyasında təhsilini davam etdirir. Onun ilk bariton kimi debütü 1947 ci ildə Berqonsidəki opera səhnəsində Sevilya bərbəri tamaşasında olur. Öz üzərində bir çox çalışdıqdan sonra 1951 ci ildən tenor kimi çıxışlar etməyə başlayır. Beləliklə o, 1953 cü ildə Milanda La Skala, 1956 cı ildə Nyu York da Metropoliten-opera, 1962 ci ildə isə Londonda Kovent-Qarden Kral Teatrı səhnələrində çıxışlar edir.
Karlo Bonapart
Karlo Mariya Bonapart və ya Karlo Mariya di Bonapart (29 mart 1746[…], Ayaçço, Korsika, Genuya Respublikası – 24 fevral 1785[…], Monpelye, Fransa krallığı) — Korsikalı idi. Napoleon Bonapartı atasıdır. Fransa Korsikayı işğal edəndə, Karlo Bonapart Fransa hökuməti ilə əlaqələr qurar. Bu uşaqlarına Fransada oxumaq imkanı verir. Həyat yoldaşı Letiza Romalinodur. Toskana zadəganıdır. == Həyatı == Qısa müddət ərzində inqilab lideri Paskal Paolinin şəxsi köməkçisi olaraq xidmət etdi və Korsikanın işğalı zamanı Korsikanın müqavimətçləri ilə fransızlara qarşı vuruşmuşdur. Adanın fəth edilməsi və müqavimətin məğlub edilməsindən sonra Korsikanı XVI Louis məhkəməsində təmsil etmək üçün könüllü oldu. 24 fevral 1785-ci ildə mədə xərçəngindən öldü. Ölümündən sonra sağ qalan ikinci oğlu I Napoleon Fransa İmperatoru oldu; Sonralar Bonapartın digər övladlarının əksəriyyəti qardaşlarına görə kral titulları aldılar və evli kral ailələri ilə evləndilər.
Karlo Kollodi
Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir. == Həyatı == Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto; 11 dekabr 1912[…] – 10 yanvar 2007[…], Cenevrə) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur. Milan Universitetində Hüquq fakültəsini bitirmişdir. İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur. Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.
Karlo Qoldoni
Karlo Qoldoni (it. Carlo Goldoni; 25 fevral 1707 – 6 fevral 1793) — Venesiya dramaturqu. == Həyatı == Məşhur İtaliya dramaturqu Karlo Qoldoni 25 fevral 1707-ci ildə anadan olub. İtaliya teatrında apardığı islahatlarla məşhur olub. Maarifçilik ideyaları Qoldoni dramaturgiyasında əsas yer tutur. 267 pyes yazıb. "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" pyesləri Azərbaycan Milli Dram teatrında da tamaşaya qoyulub. Qoldoninin "Girkana Culfada", "Girkana İsfahanda", "Fars gəlini" kimi tragikomediyaları da var. Karlo Qoldoni 6 fevral 1793-cü ildə vəfat edib.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. == Həyatı == Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Kayli Vatson
Kaylr Yang
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
Kaylr Yanq
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
Monte-Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
San-Karlo
San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 1815—1822-ci illərdə teatra Coakkino Rossini, 1822—1838-ci illərdə — Qaetano Donizetti, 1850-ci illərdə isə — Nikola Boksa rəhbərlik etmişdir. Bina 1816-cı il yanğınından sonra yenidən tikilmiş, 1845, 1854-cü illərdə və 1943-cü ildə II Dünya müharibəsi dövründəki bombardmanlardan sonra təmir və bərpa edilmişdir.
Baruto Kayto
Baruto Kayto (把瑠都 凱斗, 5 noyabr 1984) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu. Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir. O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır. 2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir. == İlk illəri == Hyovelson Vyayke-Maaryada doğulsa da, Rohu kəndinin yaxınlığında böyümüşdür. Ailəsi inək ferması sahibi idi və o, uşaqlıdan ağır fiziki əməklə məşğul olmuşdur. Hyovelson 16 yaşında atasını itirdikdən sonra pul qazanmaq üçün gecə klubunda mühafizəçi kimi işləməyə başlamışdır.
Karlo Bassi
Karlo Bossoli
Karlo Bossoli (6 dekabr 1815[…] – 1 avqust 1884, Turin) — italyan və isveçrəli rəssam, mənzərə rəssamı, dəniz rəssamı, səyyah. Karlo Bossoli gəncliyini Rusiya İmperiyasının cənubunda — Odessa və Krımda keçirib, burada qraf Vorontsovun himayəsindən qalıb. Yetkinlik illərində İtaliyada yaşayıb, burada ölkənin birləşməsi uğrunda müharibədə iştirak edib. == Bioqrafiyası == Rəssam İsveçrədə, italyan mason Pietro Bossolinin ailəsində anadan olub. 1820-ci ildə Karlonun valideynləri Odessaya köçürlər, burada 1820–1826-cı illərdə Karlo Kapuçin məktəbində təhsil alır. Məzun olduqdan sonra o, antikvar və çap məhsullarının dilerində, 1828-ci ildən isə Odessa Opera və Balet Teatrının rəssamı və dekoratoru Rinaldo Nannini, məşhur italyan dekoratoru Alessandro Sançirikonun tələbəsi ilə işləmişdir. Artıq 1833-cü ildə Karlo onları rəngləməyə və satmağa başladı. 1836-cı ildə atası həyatını itirdikdən sonra Bossoli anası, bacısı Giovanna və onun ögey oğlu Françesko Eduardonu maddi baxımdan təmin etməli idi. Gənc rəssamın əl işlərini Novorossiysk və Bessarabiya qubernatoru qraf Vorontsov tərəfindən diqqət çəkdi. O, Karloya Odessanın mənzərələri ilə bir neçə rəsm sifariş etdi və yaxşı pul ödədi.
Kaydo Hyovelson
Baruto Kayto (把瑠都 凱斗, 5 noyabr 1984) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu. Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir. O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır. 2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir. == İlk illəri == Hyovelson Vyayke-Maaryada doğulsa da, Rohu kəndinin yaxınlığında böyümüşdür. Ailəsi inək ferması sahibi idi və o, uşaqlıdan ağır fiziki əməklə məşğul olmuşdur. Hyovelson 16 yaşında atasını itirdikdən sonra pul qazanmaq üçün gecə klubunda mühafizəçi kimi işləməyə başlamışdır.
Kayl Broflovski
Kayl Broflovski (ing. Kyle Broflovski), South Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Mett Stoun. == Ailəsi == Kayl Broflovski - 4 baş personajlarindan biri. Yəhudi. Ayk Broflovski - Kaylın Kanadadan övladlığa götürülmüş qardaşı. 2-ci sezonun 4-cü seriyadan Yəhudi. Jerald Broflovski - Kaylın atası. Yəhudi. Şeyla Broflovski - Kayın anası.