Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koryuşka
Koryuşka (lat. Osmerus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinə aid heyvan cinsi.
Kartura
Kartura (it. Cartura) — İtaliyada kommuna, Venesiya əyalətinin Paduya vilayətində yerləşir. Karturanın əhalisi 4075 nəfərdir, əhalinin sıxliğı hər km²-ə 255 nəfər təşkil edir. Ərazisi 16 km²-dir. Poçt indeksi - 35025, Telefon kodu - 049. Kartura kommunasının himayədarı Santa Maria Assunta hesab olunur. Hər il 15 sentyabrda Santa Maria Assuntanın şərəfinə bayram təşkil olunur. AA.VV., Il Veneto paese per paese, Firenze, Bonechi, 2000, ISBN 88-476-0006-5.
Kartuş (heroqlif)
Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir. IV sülalə dövründən başlayaraq, firon Snofru hökmranlığı zamanında tətbiq olunmağa başlanılmışdır. Beş firon titulundan yalnız Şəxsi ad və Taxt-tac adı kartuş haşiyəsində göstərilirdi. Bəzən qəbirə qoyulmaq üçün kartuş formasında üzərində hökmdarın adı yazılmış qızıl amulet ya tumar düzəldilirdi. Bu cür artefaktlar arxeoloqlar üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qızıl tumarın köməyi ilə dəfn müddətini müəyyən etmək mümkün olur.