Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tanketka
Tanketka bir və ya ən çoxu iki nəfər üçün nəzərdə tutulmuş olan yüngül zirehli piyadalara dəstək maşınları olmuşdurlar. Onların əksəriyyətinin heç qüllələri də olmur və üzərlərində pulemyotlar və yaxud da qumbaraatanlar mövcud olurdu. Onlar 1930-1935-ci illər arasında məhdud sayda istehsal edilmiş və bu tarixdən sonra isə onların istehsalı ümumiyətlə dayandırılmışdır. Onların istehsallarının dayandırılmasının əsas səbəbi tank əleyhinə silahlara qarşı olduqca həssas olmaları idi. Ən klassik modelləri ingilislərin Carden Loyd tanketkalarıdır. Tanketkalar əsasən yaponlar tərəfindən cəngəllik müharibələri üçün istehsal və istifadə edilmişdirlər.
Kasketli ağacqurbağası
Kasketli ağacqurbağası (lat. Argenteohyla) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Florensiya (Kaketa)
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir. == Tarixi == Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir. == Əhalisi == 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir.
Kaketa (departament)
Kaketa (isp. Caquetá) — Kolumbiyanın departamentlərindən biri, inzibati mərkəzi - Florensiya şəhəri, departamenti 1982-ci ildə prezident Xulio Sezar Turbay Ayalo tərəfindən yaradılmışdır.