Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kastavey-Ki
Kastavey-Ki (ing. Castaway Cay) — Baham adalarında özəl ada. Adanın keçmiş adı Qorda-Ki olmuşdur. Ada şimaldan cənuba 3.7 kilometr (2.3 mil) uzanır, maksimum eni 2.3 kilometr (1.4 mil), sahəsi təqribən 4 km2 qədərdir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 8 metr (26 ft) hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var. Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər. == Tarixi == Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir.
Maçtovıy adası
Maçtovıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Komsomoles adasının şimal-şərq hissəsindən 1,4 km aralıda yerləşir. Komsomoles adasından Surovıy boğazı ilə ayrılır. Ada cənub-qərbdən şimal-şərqə doğru uzanır. Uzunluğu 3,1 km, eni 1,4 km təşkil edir. Ən ensiz hissəsi 150-400 metr arasında dəyişir. Ərazisinin böyük hissəsi düzən olmasına baxmayaraq, burada 100 m olan qaya var. Burada geodeziya məntəqəsi yerləşir. Adada göl və çay yoxdur.