Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batasek
Batasek (alm. Badeseck‎, serb. Батсек) — Macarıstanın Tolna medyesində yerləşən rayon. Əhalisi əsasən macarlardan təşkil olunmuşdur, serblər də ərazidə məskunlaşmışdır. “Batasekin ən qədim ağacı” 2016-cı ildə “İlin Avropa ağacı” mükafatı qazandı.
Kətişen
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Katibə
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Aleksandr Katuşev
Aleksandr Katuşev (2 yanvar 1996) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Aleksandr Katuşev Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Aleksandr Katuşev 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.695 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu.
Mariya Katsiak
Mariya Katsiak (2 mart 1997, Minsk) — Belarusu təmsil edən bədii gimnast. Mariya Katsiak, 2016-cı ildə Belarusu Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Mariya Katsiak, 2016-cı ildə Belarus bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anna Dudzenkova, Mariya Kadobina, Valeriya Pişelina və Arina Tsitsilina ilə birgə final yarışlarında 35.299 xal topladı və 5-ci yeri tutdu.
Tatışev adası
Tatışev adası (rus. Татышев остров) — Yenisey çayında yerləşən ən iri ada. İnzibati baxımdan Krasnoyarsk diyarı Oktyabr rayonu ərazisində yerləşir. Ada Sovetski vəŞentralnıy rayonları ilə yenisey çayının sol sahili, Lenin və Kirov rayonları ilə isə sağ sahili ilə sərhədlənir. Adaya Oktyabrski avtomobil-piyada körpüsü və Vinoqradnıy piyada körpüsü ilə getmək mümkündür. Üstəlik sağ sahilində vesiped körpüsüdə vardır. Gələcəkdə onunyerində yeni körpünün inşası planlaşdırılır. Adanın sahəsi 7 km2-dir. Tatışev adası hazırda krasnoyarkların əsas istirahət yerlərindən biridir. Adanı yayda hər həftə 100 min insan ziyarət edir.
Vasili Tatişev
Vasili Nikitiç Tatişev (rus. Васи́лий Ники́тич Тати́щев) (19 aprel, 1686 – 15 iyul, 1750)—Tanınmış rus tarixçisi, coğrafiyaşünası. Rusiyanın berq-kollegiyasının müşaviri olmuşdu. Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən «Ümumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı əsər yazmışdır. Əsərdə göstərilir ki, coğrafiya üç hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya. Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir.Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 tərkibli təsvir edir. I. Tədqiqatın miqyasına görə: a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə; b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya; v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya II. Keyfiyyət göstəricilərinə görə: a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya; b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya; v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.
Roman Katsev
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Çan Kayşek
Çan Kayşek (ing. Chiang Kai-shek, çin 蔣介石, pinyin 蒋介石; 31 oktyabr 1887 Çjetszyan əyaləti, Fınxua şəhəri — 5 aprel 1975, Taybey) — Çin hərbi və siyasi xadimi, 1925-ci ildən Çində xalq inqilabı nəticəsində devrilmiş (1949) Qomindan rejiminin başçısı, marşal, generalissimus. Çan Kayşi 31 oktyabr 1887-ci ildə Çjetszyan əyalətinin Fınxua şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1903–1906-cı illərdə Fınxuada yerləşən qəza məktəbində Avropa təhsili almışdır. 1906-cı ildə o, ilk dəfə Yaponiyaya getmiş və burada o, Sun Yatsenlə və onun əhatəsində olan inqilabçılarla tanış olmuşdur. 1907–1909-cu illərdə Baodin və Sinbu hərbi məktəblərini bitirdikdən sonra kadet rütbəsində hərbi xidmətə başlamışdır. 1915–1916-cı illərdə Çan Kayşi Şanxayda Yuan Şikay hakimiyyətinə qarşı silahlı çıxışlarda fəal iştirak edərək Sun Yatsenin yaxın silahdaşına çevrilmişdir. 1918-ci ildə o, inqilabi qüvvələrin mərkəzi olan Quançjouda əməliyyat ordusunun rəisi, daha sonra Qomindan ikinci birləşməsinin komandanı, 1923-cü ildə baş qərargah rəisi, 1924-cü ildə Quançjouda açılmış Vampu hərbi məktəbinin rəisi təyin olunmuşdur. Sun Yatsenin vəfatından (1925) sonra Çan Kayşi birinci milli inqilabi ordunun komandanı seçilərək Homindan partiyasının əsas fiquruna çevrilmiş, 1926-cı ildə Homindan partiyasının Mərkəzi İcra Komitəsinin üzvü seçılmışdı. 1926–1927-ci illərdə Şimal yürüşü zamanı Milli İnqilab Ordusunun baş komandanı idi.
Jujutsu Kaisen
== İstinadlar ==
Katie Duqlas
Katrin Emili Duqlas (ing. Kathryn Emily Douglas, 19 oktyabr 1998) — kanadalı aktrisa.
Katibə Kimə nə olub? (teleserial, 2018)
What's Wrong with Secretary Kim(kor. 김비서가 왜고가) — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb. == Süjet == Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir.