Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kim Jin-Son
Kim Jin-Son (27 aprel 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Jin-Son Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Min-Su
Kim Mi-soo (16 mart 1992, Cənubi Koreya – 5 yanvar 2022) — Cənubi Koreyalı aktrisa və model. == Karyera == O, "Lipstick Revolution" və "Kyungmi's World" filmlərindəki işi ilə tanınırdı.O, həmçinin "Hi Bye, Mama!" dramında göründü.Kim bu yaxınlarda JTBC-nin "Snowdrop" (2021–22) filmində tələbə Conmin (ing. Jung-min) obrazı ilə diqqət çəkib. == Ölümü == 5 yanvar 2022-ci ildə Kim Mi-su naməlum səbəblərdən 29 yaşında öldü.Mi-Sunun ölümü onun ikinci dərəcəli personajı canlandırdığı JTBC-nin "Snowdrop" adlı romantik dramı ilə üst-üstə düşdü. Mi-Sunun ölümündən əvvəl 16 epizoddan yeddisi yayımlanmışdı və "Snowdrop" əvvəlcədən hazırlanmış serial olduğundan çəkilişlər başa çatmışdı. Ölümündən əvvəl Mi-Su "Disney+"-un "Kiss Six Sense" dramında çəkilişlərə başlayıb. "Kiss Six Sense" filmi Kim Mi-sunun qəfil ölümünə görə planlaşdırılan çəkilişləri ləğv etdi.
Kim U Cin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Kim Voo-Jin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Kim Yun-min
Kim Yun-min (13 noyabr 1999-cu ildə Cənubi Koreyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Cənubi Koreyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Yun-min Kvanju akademiyası vasitəsilə inkişaf etmişdir. Yun-min öz peşəkar karyerasında debütünü 3 mart 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Məhəmməd Kamara ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Kim Çin-Myon
Kim Jin-Myonq (5 noyabr 1972) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Jin-Myonq Şimali Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Marqaret Kin
Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[…], Neşvill – 26 iyun 2022, Napa[d], Kaliforniya) — ABŞ rəssamı. == Həyatı == Marqaret (Peggi Doris Hokins) Kin Tenessi ştatında, Neşvildə anadan olub. İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini - biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də “iri gözlü mələklər”inə görə tanınırdı. On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur.
Moyse Kin
Moyse Bioti Kin (28 fevral 2000-ci ildə anadan olub) — Yuventus FK klubunda hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. 2016-cı ilin noyabr ayında Moyse Kin İtaliya A Seriyasında və UEFA Çempionlar Liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Moyse Kin 2000-ci illərdə anadan olanlar arasında UEFA Çempionlar Liqasında oyuna çıxan yeganə futbolçudur. == Klub karyerası == Moyse Kin İtaliyanın Verçelli şəhərində anadan olmuşdur. Valideynləri Kot-d’İvuarlı olan Kin Asti FK klubunun gənclər komandasında çıxış etməyə başlamışdır. Onun oyunu Renato Biasinin diqqətini cəlb etmişdir. Biasi Kini Torino klubuna gətirmişdir. Qranata kimi təkmilləşən Moyse Kin 2010-cu ildə Yuventus klubu ilə müqavilə imzalamışdır (14 yaşı olduğu üçün müqavilə imzalanmayıb və illik olaraq yenisi ilə əvəz olunur).Kin öz peşəkar futbol karyerasında debütünü 19 noyabr 2016-cı ildə Yuventus klubu ilə 16 yaşında İtaliya A Seriyasında Peskara klubuna qarşı oyunda etmişdir. Moyse Kin 84-cü dəqiqədə Mario Mandzukiçi əvəz etmişdir və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Kin 2000-ci illərdə anadan olaraq Avropanın dörd əsas liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşdü.
Roy Kin
Roy Kin — irland futbolçu. O, klub karyerasında 17-i "Mançester Yunayted" də olan 19 böyük kuboku qazanaraq bütün zamanların ən uğurlu İrlandiyalı futbolçusudur. == Həyatı == Roy Kin 1971-cu il avqustun 10-da anadan olub.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir.Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. == Tarixi == Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. == Açılış tarixi == Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. == Qəbulu üzrə abunə haqqı == Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur. Haqqı isə 80 yeni tayvan dollarıdır.
Kim Min Ce (futbolçu)
Kim Men-Ce (15 noyabr 1996, Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi. == Karyera == Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb. O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib.2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib. Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib. Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir. İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub. 2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi. 15 avqust 2022-ci ildə "Hellas Verona"ya qarşı oyunda "Napoli"də debüt etdi.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kin Moe Nve
Kin Moe Nve (1 yanvar 1973) — Myanmalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Kin Moe Nve 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Pak Kın He
Pak Kın He (kor.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. == Ümumi == Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.Kifli yem yeyən heyvanların südü, yumurtası və əti də insanlara ciddi zərər verir.
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kino
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.