KIN

n top. i. qohum-əqrəba, qohumlar; qohum; ailə; blood ~ qan qohumu / qohumları; He’s kin to me O mənim qan qohumumdur

KILOWATT
KIND
OBASTAN VİKİ
Kin Moe Nve
Kin Moe Nve (1 yanvar 1973) — Myanmalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Kin Moe Nve 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Marqaret Kin
Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[…], Neşvill – 26 iyun 2022, Napa[d], Kaliforniya) — ABŞ rəssamı. == Həyatı == Marqaret (Peggi Doris Hokins) Kin Tenessi ştatında, Neşvildə anadan olub. İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini — biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də "iri gözlü mələklər"inə görə tanınırdı. On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur.
Moyse Kin
Moyse Bioti Kin (28 fevral 2000-ci ildə anadan olub) — Yuventus FK klubunda hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. 2016-cı ilin noyabr ayında Moyse Kin İtaliya A Seriyasında və UEFA Çempionlar Liqasında oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Moyse Kin 2000-ci illərdə anadan olanlar arasında UEFA Çempionlar Liqasında oyuna çıxan yeganə futbolçudur. Moyse Kin İtaliyanın Verçelli şəhərində anadan olmuşdur. Valideynləri Kot-d’İvuarlı olan Kin Asti FK klubunun gənclər komandasında çıxış etməyə başlamışdır. Onun oyunu Renato Biasinin diqqətini cəlb etmişdir. Biasi Kini Torino klubuna gətirmişdir. Qranata kimi təkmilləşən Moyse Kin 2010-cu ildə Yuventus klubu ilə müqavilə imzalamışdır (14 yaşı olduğu üçün müqavilə imzalanmayıb və illik olaraq yenisi ilə əvəz olunur). Kin öz peşəkar futbol karyerasında debütünü 19 noyabr 2016-cı ildə Yuventus klubu ilə 16 yaşında İtaliya A Seriyasında Peskara klubuna qarşı oyunda etmişdir. Moyse Kin 84-cü dəqiqədə Mario Mandzukiçi əvəz etmişdir və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır.
Roy Kin
Roy Kin — irland futbolçu. O, klub karyerasında 17-i "Mançester Yunayted" də olan 19 böyük kuboku qazanaraq bütün zamanların ən uğurlu İrlandiyalı futbolçusudur. Roy Kin 1971-cu il avqustun 10-da anadan olub.
Eldar Quliyev (kinorejissor)
Eldar Tofiq oğlu Quliyev (18 yanvar 1941, Bakı – 16 aprel 2021, Bakı) — Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), "Debüt" studiyasının bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru. == Həyatı == Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s.
Endo Kinsuke
Endo Kinsuke (遠藤 謹助, Kinsuke Endo, 31 mart 1836, Çoşu hanı[d] – 13 sentyabr 1893) – Yaponiya bürokratı, Çoşu beşliyinin üzvü. O, "müasir Yaponiya sikkəçiliyinin atası" hesab olunur. == Həyatı == Endo Kinsuke 1836-cı ildə Çoşu hanında doğulmuşdur. 1863-cü ildə təhsil almaq məqsədilə İngiltərəyə göndərilmiş Çoşu beşliyinin tələbəsi olmuşdur. O, London Universitet Kollecində kimya, geologiya, mineralogiya təhsili almışdır. 1866-cı ildə Yaponiyaya qayıtmışdır. Meyci islahatından sonra 1870–1893-cü illərdə Yaponiya Sikkəçilik Bürosunda işləmişdir. 1874-cü ildə Sikkəçilik Bürosu yeni texnikalardan istifadə etmək üçün əcnəbilərlə razılaşanda Endo bürodan ayrılmışdır. Lakin büro 1875-ci ilin yanvarında doqquz əcnəbini işdən çıxardıqdan sonra qayıtmışdır. 1881-ci ildə Osaka Sikkəçilik Bürosunun direktoru olmuş, əcnəbi mütəxəssislərin köməyi olmadan Qərb üslubunda olan yapon sikkələrinin kəsilməsinə nail olmuşdur.
Eupatorium kingii
Macropodina reitzii (lat. Macropodina reitzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin macropodina cinsinə aid bitki növü.
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
Fillip Kinono
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir. Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Fərabi Kino Fondu
Farabi Kino Fondu (fars. بنیاد سینمایی فارابی‎) — İranda qeyri-hökumət, qeyri-kommersiya və ictimai işlər üzrə institutdur. Kino işləri üzrə fəaliyyət göstərir: ölkə daxilində və xaricdə film istehsalı və paylaması, film və kino barədə kitab nəşri, Fəcr Beynəlxalq Film Festivalı və Uşaqlar və Yeniyetmələrin Film Festivalının keçirməsi.
Garcinia kingii
Garcinia celebica (lat. Garcinia celebica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Oxycarpus celebica (L.) Poir.
God Save the King/Queen
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni, «Allah Kralı/Kraliçanı hifz elə!» (ing. God Save the King/Queen) — vətənpərvər mahnı, Böyük Britaniyanın dövlət himni, Böyük Britaniyanın vacib dövlət və ictimai tədbirlərində və hadisələrində səsləndirilir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Millətlər Birliyinə daxil olan bir sıra ölkələrin kral himni. Britaniya kral ailəsinin himni. Norveçin kral himni (mllli himn deyil) — Kongesangen, norveç dilində oxunur; 1871-1918-ci illərdə — Almaniya İmperiyasının himni ( Q.Hariesin mətni ilə).
Hindistan kinomatoqrafiyası
Hindistan yarımadasında istehsal olunan filmlərə hind kinosu deyilir. Amerika kino istehsalı ilə yanaşı, Hindistan kinosu rəqəmsal olaraq dünyada söz sahibidir. O, hətta 1980-ci illərdə gündə 3 film çəkməklə Amerika kinosunu da geridə qoymuşdur. == Yerli prodakşnlar == Hind kinosu müxtəlif yerli prodakşnlar üçün istifadə olunan bir anlayışdır. Bu prodakşnlarda adətən fərqli aktyorlar, mövzular və dillər olur. Bununla belə, fikir mübadiləsi həyata keçirilir. Bu prodakşnlardan ən önəmlisi və dünyada ən məşhuru Bollivuddur. Bundan əlavə, Kollywood, Tollywood və digər yerli prodakşnlar da mövcuddur.
Hindistan kinosu
Hindistan yarımadasında istehsal olunan filmlərə hind kinosu deyilir. Amerika kino istehsalı ilə yanaşı, Hindistan kinosu rəqəmsal olaraq dünyada söz sahibidir. O, hətta 1980-ci illərdə gündə 3 film çəkməklə Amerika kinosunu da geridə qoymuşdur. == Yerli prodakşnlar == Hind kinosu müxtəlif yerli prodakşnlar üçün istifadə olunan bir anlayışdır. Bu prodakşnlarda adətən fərqli aktyorlar, mövzular və dillər olur. Bununla belə, fikir mübadiləsi həyata keçirilir. Bu prodakşnlardan ən önəmlisi və dünyada ən məşhuru Bollivuddur. Bundan əlavə, Kollywood, Tollywood və digər yerli prodakşnlar da mövcuddur.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Joey King
Coui Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Kann kinofestivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.
Kerri Kinq
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Kerry King
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Kimyəvi kinetika
Kimyəvi kinetika — kimyanın əsas sahələrindən biri olub, kimyəvi reaksiyaların sürətinin və onun müxtəlif amillərindən — reaksiyaya daxil olan maddələrin qatılığından, temperaturdan, təzyiqdən (qazlar üçün), katalizatorların təsirindən və s. asılılığı öyrənir. == Reaksiyanın sürəti == Kimyəvi reaksiyaların hamısı eyni sürətlə getmir. Bəzi kimyəvi reaksiyalar çox böyük sürətə malik olduğundan , demək olar ki, ani vaxtda başa çatır. Məsələn, partlayıcı maddələrin reaksiyası saniyəönin on mində bir hissəsi ərzində qurtarır. Bununla yanaşı elə reaksiyalar da vardır ki, onların axıra çatması üçün saatlar, sutkalar və hətta illərlə vaxt lazım olur. Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan, katalizator istirakından və s.-dən asılıdır. Bu sürəti vahid həcmdə (homogen sistemdə) zaman vahidi ərzində cərəyan edən reaksiya həcmi ilə ölçülür. Daha dəqiq deyilərsə, reaksiyanın sürəti reaksiyaya daxil olan və ya reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının (əsasən mol/l-lə) zaman vahidi (dəqiqə və ya saniyə) ərzində dəyişməsi ilə xarakterizə olunur. A + B → C + D , {\displaystyle A+B\to C+D,} v = ∂ C ∂ t = − ∂ A ∂ t .
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kinşasa şəhəri
Kinşasa (ing. Kinshasa; 1966-dək Leopoldvil) — Konqo Demokratik Respublikasının paytaxtı və ən böyük şəhəri. Şəhər Konqo çayının sahilində, Konqo Respublikasının paytaxtı Brazzavil şəhəri ilə üzbəüz yerləşir. Əhalisi 2014-cü ilin hesablamalarına görə 10.125.000 nəfərdir. Ərazisinin 60%-i az məskunlaşmış kənd yerləri olsa da, inzibati bölgüyə əsasən şəhərə aid edilir. Kinşasa Qahirə və Laqosdan sonra Afrikanın üçüncü ən böyük şəhəri hesab olunur. == Tarixi == Kinşasa şəhərinin əsası 1881-ci ildə Afrikanın məşhur tədqiqatçılarından sayılan Henri Morton Stenli tərəfindən ticarət məntəqəsi kimi qoyulmuşdur. Şəhər indiki Konqo Demokratik Respublikasının böyük hissəsinə sahib olan Belçikanın kralı II Leopoldun şərəfinə Leopoldvil adlandırıldı. Şəhər Konqo çayı üzərində Livinqston şəlalələrindən yuxarıda yerləşən ilk gəmi limanı oldu ki, bu da onun inkişafında böyük rola malik idi. 1960-cı ildə Belçika Konqosu Belçikadan müstəqillik qazandı, 1965-ci ildə isə dövlət çevrilişi nəticəsində Mobutu Sese Seko hakimiyyətə gəldi.
Kinə ağacı
Kinə ağacı (lat. Cinchona) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Kinəvərs (Əbhər)
Kinəvərs (fars. كينه ورس‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 703 nəfər yaşayır (184 ailə).
Kinəzəq (Nəmin)
Kinəzəq (fars. كنازق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (13 ailə).
Klaus Kinkel
Klaus Kinkel (17 dekabr 1936[…], Metzingen, Vürtemberq azad xalq dövləti[d], Üçüncü Reyx – 4 mart 2019[…], Sankt-Avqustin[d], Şimali Reyn-Vestfaliya) — alman dövlət xadimi, siyasətçi, 1992-1998-ci illərdə Almaniyanın xarici işlər naziri.
Larri Kinq
Larri Kinq (ing. Larry King) əsl adı: Lourens Harvi Zeyqer (ing. Lawrence Harvey Zeiger; 19 noyabr 1933[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2021, Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) —ABŞ telejurnalisti. O, 1985-ci ildən 2010-cu ilə qədər Larry King Live tok-şousunun aparıcısı olmuşdur, 2012-ci ilin iyulundan RT America kanalında və Hulu veb-saytında Larry King Now tok-şousunun aparıcıdır. == Həyatı == Kinq 1933-cü il 19 noyabrda ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərinin Bruklin bölgəsində anadan olmuşdur, iki oğulundan biri Cenni Litvanın Vilnüs şəhərində anadan olmuşdur, geyim işçisidir, digər oğul Aaron Zeiger isə Ukraynanın Kolomıya şəhərində anadan olmuşdur, restoran sahibidir Onun valideynləri ortodoks yəhudilər idi. Kinq, Bruklində Lafayette Ali Məktəbində, bir ictimai liseydə təhsil aldı. Atası ürək çatışmazlığı nəticəsində 44 yaşında vəfat etdi, nəticədə ana və iki övlad yaxşılıqla dəstəkləndi. Kinq atasının ölümündən çox təsirləndi və məktəbə marağı azaldı. == Karyerası == Liseyi bitirdikdən sonra Larri anasına kömək etməyə və dayaq olmağa çalışdı. Erkən yaşdan başlayaraq, radio yayımında çalışmaq istədi.

Digər lüğətlərdə