Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akpatok adası
Akpatok adası ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. == Coğrafiyası == Ada Unqava körfəzinin şimal-qərb girişində, qərb sahilindən 65 km, cənub sahilindən isə 180 km məsafədə yerləşir. Baffin Torpağını Hudzon boğazı digər adalardan ayırır. Unqava körfəzinin sahili Kvebek əyalətinin ərazisi olsa da, adanın özü Nunavut ərazisinin bir hissəsidir. Adanın sahəsi 903 km², sahil xəttinin uzunluğu 129 km-dir. Adanın şimaldan cənuba maksimum uzunluğu 45 km, maksimum eni 25 km (şimal sahilləri boyunca) və cənubda isə 6 km-dir. Adanın relyefi karst tipli eroziya proseslərinin izləri olan yastı əhəngdaşı yaylasıdır. Demək olar ki, bütün adanı əhatə edən sıldırım dəniz qayalarının hündürlüyü 40 ilə 250 metr arasındadır. Dərin dərələr tərəfindən yarıldığı yerlər yaylaya qalxmağa imkan verir.
Aleksandr İpatov
Aleksandr İpatov (rus. Александр Ипатов, 16 iyul 1993, Lvov, Ukrayna) Türkiyə şahmatçısı, qrosmeyster (2011). == Həyatı == İpatov 16 iyul 1993-cü ildə Ukraynanın Lvov şəhərində anadan olub. Şahmat oynamağı dörd yaşında atasından öyrəmib və altı yaşında anası şahmat məktəbinə aparıb. İpatov Rus, Ukrayna, İspan, İngilis və Türk dilində sərbəst danışa bilir == Naliyyətləri == === Ukrayna === 2003-cü ildə 10 yaşa qədər uşaqlar arasında Ukrayna ikincisi oldu və Yunanıstanda keçirilən Dünya Gənclər Çempionatına (10 yaşa qədər) vəsiqə qazandı. İpatov bu yarışda 133 oyuncu arasında 11-ci yeri tutdu. 2008-ci ildə İpatov əmsalını 207 punkt qaldıraraq Ukraynanın 16 yaşadək və 20 yaşadək gənclər arasında Çempionatının qalibi oldu və milli usta və beynəlxalq usta titullarını qazandı. === İspaniya === 2009-cu ilin yanvar ayından 2012-ci ilin fevralınadək o, İspaniyanı təmsil edirdi. 2011-ci ildə İpatov ən böyük nailiyyətlərindən birini qazandı: aralarında 85 qrosmeysterin olduğu 573 oyunçunun iştirakı ilə keçirilən Cappelle-la-Grande Beynəlxalq Open turnirində 3-cü yeri tutdu. === Türkiyə === 2012-ci ilin fevralından İpatov Tükiyə Şahmat Federasiyası adından çıxış edir.