Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuest
Kuest (rus. куэста, ing. cuesta) (isp. cuesta-döş, dağ yamacı) — K. eroziya və denudasiya vasitəsilə bu proseslərə qarşı qeyri-bərabər davamlığı olan maili, monoklinal yatımlı lay dəstələrində yaranmış, asimmetrik tirə. K. maili yamacı onu "mühafizə" edən davamlı layların yatımına uyğun gəlir, dik yamacında layların "kəlləsi" çıxır. Layların kəllələri bəzən paralel yerləşərək kuest relyef tipi əmələ gətirir (mis: Dağlıq Krımda, Böyük və Kiçik Qafqazın şimal yamacında).
Kelt
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Kent
Kent (ing. Kent. /kɛnt/;, lat. Cantium, Canthia) — İngiltərədə qraflıq. Cənub-Şərqi İngiltərənin tərkibində yerləşir. Paytaxtı və ən böyük şəhəri Meydstondur. Əhalisi — 1 359 milyon nəfər (qraflıqlar arasında 1-ci yer; 2004-cü ilin hesablamaları).
Kert
Quzumkənd (kəndin XIX əsrdəki tarixi adı Quzumkənd olub. Sovet hakimiyyəti illərində ermənilər onun adını dəyişib "Kert" qoymuşlar. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kert kəndi Quzumkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Quzumkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Mnet
Mnet (Music Network qısaltması), CJ Group-un bir hissəsi olan CJ ENM-in bir bölməsi olan CJ E&M-in sahibi olduğu Cənubi Koreyalı bir ödənişli televiziya musiqi kanalıdır. Seul, Mapo-gu, Sangam-dongda yerləşən CJ E&M Center Studio studiya auditoriyası olan bir çox Mnet proqramının, yəni canlı həftəlik musiqi şousu M Countdown-un yayım və qeyd mərkəzidir. Superstar K, Show Me The Money, Unpretty Rapstar, Produce 101 seriyası, Queendom və Kingdom to Road kimi sağ qalma şoularında canlı ifaların olduğu məkandır. Digər şoular İlsandakı CJ E&M Studiyasında çəkilir.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
CNET
CNET ("Computer Network" sözünün qısaldılmış versiyası) — qlobal miqyasda texnologiya və istehlak elektronikası ilə bağlı rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar dərc edən amerikan media veb-saytı. CNET, internet televiziya şəbəkəsi olan CNET Video və onun podkast və bloq şəbəkələri vasitəsilə yeni media yayımlama üsullarını tətbiq etməzdən əvvəl ilkin olaraq radio və televiziya məzmununu öz internet saytında təqdim edirdi. 1992-ci ildə Halsi Minor və Şelbi Bonni tərəfindən əsası qoyulmuşdu və CNET Networks-ün flaqman brendi idi. 2008-ci ildə həmin bölmənin CNET Networks-ü alması ilə CBS Interactive brendinə çevrildi. 30 oktyabr 2020-ci ildən Red Ventures-a məxsusdur. İngilis dilindən başqa, CNET-in regiona və dilə aid nəşrlərinə çin, fransız, alman, yapon, koreya və ispan dilləri daxildir. PepsiCo-dan ayrıldıqdan sonra Halsi Minor və Şelbi Bonni 1992-ci ildə kompüterlər və texnologiya ilə əlaqəli 24 saatlıq kabel televiziyası olan c/net-i yaratdılar. Fox Network həmtəsisçisi Kevin Vendl və Disney-in keçmiş əməkdaşı Dan Bakerin köməyi ilə CNET kompüterlər, texnologiya və internet haqqında dörd pilot televiziya verilişi istehsal etdi. CNET TV "CNET Central", "The Web" və "The New Edge"-dən ibarət idi. "CNET Central" ilk dəfə ABŞ-də USA Network-də yayımlanmışdır.
Qnet
Qnet Ltd, keçmiş adları ilə QuestNet və GoldQuest — QI Group-a aid baş qərargahı Honkonqda yerləşən çoxsəviyyəli marketinq (MLM) şirkəti. QNet 1998-ci ildə Vicay Esvaran və Cozef Bismark tərəfindən qurulmuşdur. Şirkətin məhsullarına elektron ticarət platformasında enerji, çəki idarə etmə, qidalanma, şəxsi qulluq, ev qulluğu və moda aksesuarları daxildir. Şirkət bəzi ölkələrdə qanuni şəkildə fəaliyyət göstərir. Lakin Hindistan kimi ölkələrdə piramida sxemi və çoxsəviyyəli marketinq kimi ittiham olunur. Hindistan hökuməti və Hindistanın Telekommunikasiya Tənzimləmə Təşkilatı Banqalorda yayılan etiraz aksiyasından sonra saytı ölkədə qadağan etmişdir. Latviya televiziyası "QN Europe"un piramida sxemi olduğunu bildirdi. Livan İqtisadiyyat Nazirliyi əhaliyə Qnet haqda xəbərdarlıq etdi. Malidə şiddətli etirazlardan sonra 10 IR fırıldaqçılıqdan həbs edildi. Yeni üzvlər 400-6.000.000 CFA arası ödəniş etdi.
Anett Dyer
Anett Dyer (10 dekabr 1981, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Anett Dyer, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Anett Dyer, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Coş Knayt
Coş Knayt (d: 7 sentyabr 1997) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Lester Siti klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Knayt öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Şeffild Yunayted klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Lester Siti rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Sneha Ullal
Sneha Ullal (d. 18 dekabr 1987) — hind aktrisası. 18 dekabr 1987-ci ildə Omanın paytaxtı Maskat şəhərində anadan olmuşdur. Əsas tamil, hind, teluqu, kannada dillində filmə çəkilir. Təhsilini Maskatda yerləşən hind məkəbində alıb. Mumbaya köçdükdən sonra Varkat kollecinə daxil olur. 2005-ci ildə Salman Xanla bir yerdə "Laki, sevgi üçün zaman yoxdur" filminə çəkilib. Subaydır.
Knight's & Magic
Knight's & Magic (ナイツ&マジック, Naitsu to Majikku, azərb. Cəngavərin & magiyası‎) — Kuroqinin rəssamlığı ilə Hisaqo Amazake-no tərəfindən yazılan ranobe seriyası. Əvvəlcə 2010-cu ilin oktyabrında Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmağa başlamışdır. 30 yanvar 2013-cü ildə Shufunotomo nəşriyyatı tərəfindən ilk ranobe cildi buraxılmışdır. İndiyə kimi 11 cildi nəşr olunmuşdur. Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. 2017-ci ildə 8-Bit studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və yayımlanmışdır. Bir mexa otakusu bir maşın qəzasında ölür və ruhu başqa bir dünyada Ernesti Eçevarriya kimi reinkarnasiya olur. Eru əvvəlki həyatındakı xatirələrini və maraqlarını irsən qazanır, nəticədə, bu dünyada mövcud olan nəhəng humanoid silahı Siluet cəngavərinin pilotu olmağı arzulamağa başlayır.
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Donald Knut
Donald Ervin Knut (ing. Donald Ervin Knuth; 10 yanvar 1938[…], Miluoki, Viskonsin) — Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin fəxri professorudur. 10 yanvar 1938-ci ildə amerikalı alim, Stenford universitetinin fəxri professoru, texniki mövzularda kitabların mətnlərinin yığılması üçün nəzərdə tutulmuş TeX və METAFONT stolüstü nəşriyyat sistemlərinin müəllifi Donald Ervin Knut (Donald Ervin Knuth) anadan olmuşdur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də "Proqramlaşdırma sənəti" (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
KELT-9b
KELT-9b ekzoplanetdir, daha dəqiq desək, ultra isti Yupiterdir və Yerdən təqribən 670 işıq ili uzaqda yerləşən KELT-9-un son B tipli/ilkin A tipli ulduzunun orbitində fırlanır. Kilodegree Həddindən artıq Kiçik Teleskopunun (Kilodegree Extremely Little Telescope) köməyi ilə aşkar edilən KELT-9b-nin kəşfi 2016-cı ildə elan edilmişdir. Ulduz Günəşdən 2,3 dəfə, kütləsi isə 2,6 dəfə böyükdür. Ev sahibi ulduz olan KELT-9-un səthinin temperaturu 10,170 K-dir, bu isə öz növbəsində, tranzit planeti olan bir ulduz üçün qeyri-adi dərəcədə istidir. KELT-9b-nin kəşfindən əvvəl, yalnız altı A tipli ulduzun planetləri olduğu bilinirdi, onlardan ən isti olan WASP-33, 7,430 K-da əhəmiyyətli dərəcədə soyuqdur; əvvəllər planetlərə ev sahibliyi edən B tipli ulduzların heç biri məlum deyildi. B9.5-A0 kimi təsnif edilən KELT-9 planeti olduğu bilinən ilk B tipli ulduz ola bilər. KELT-9b KELT-9-dan cəmi 0,03462 AU-luq məsafədə dairəvi, lakin güclü maili orbitdə yerləşir və onun orbital müddəti 1,5 gündən də azdır. KELT-9b nisbətən böyük nəhəng planetdir və kütləsi Yupiterdən təxminən 2,8 dəfə böyükdür; lakin onun radiusunun Yupiterdən təxminən iki dəfə böyük olduğunu nəzərə alsaq, onun sıxlığı Yupiterinkinin yarısından azdır. Bir çox isti Yupiterlər kimi, KELT-9b da öz ulduzu ilə gelgit olaraq kilidlənir. Atmosferinin xarici sərhədi, demək olar ki, Roche lobuna çatır və bu, planetin öz ulduzundan aldığı həddindən artıq miqdardakı radiasiyaya görə sürətli bir formada atmosfer qaçışı yaşadığını göstərir, başqa sözlər öz atmosferini sürətlə itirir.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. Cinquların siyahısı Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kehi məbədi
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. Cinquların siyahısı Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Bekinseyl
Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing. Kate Beckinsale) — ingilis kinoaktrisası. İngilis aktrisası Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır. London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır. Aktrisa uzun müddət aktyor Maykl Şinomla görüşür və bu münasibətdən 1999-cı il yanvarın 31-də qızı Lili Mo Şin dünyaya gəlir. 2003-cü ildə Şinlə ayrılandan bir neçə ay sonra Bekinseyl rejissor Len Uayzmanla nişanlanır və cütlük 2004-cü il mayın 9-da Los-Ancelesdə evlənir. O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir.
Keyt Blanşet
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.