NƏHS

[ ər. ]
1. sif. Uğursuz, məşum, ağır, tərs gətirən. Nəhs ay. Nəhs ayaq.
– Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. C.Məmmədquluzadə.
[Vaqif Əliməmmədə:] Novruz səhəri güldanım düşüb sındı.
Bu, nəhs bir şey deyilmi? Çəmənzəminli.
Ataş Mürsəli kəndə göndərmək fikrinə düşən günlərdə Qarabağın nəhs ilinin uğursuz ayı idi. Ə.Vəliyev.

□ Nəhs demək (gətirmək) – bəd danışmaq, ağzını bədə açmaq.
Aşıq sözün nəhs dedi; Gəl dilimi kəs, dedi; Mən dedim, bir busə ver; O məndən can istədi. (Bayatı).
[Paşa:] Sən niyə nəhs gətirdin, arvad? S.Rəhimov.

2. is. Tərs, gəc, inad. Nəhs adam.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏHS uğursuz
  • NƏHS NƏHS [Balağa:] Nəhs olsa da onlann arasında on üçünü seçib götürdüm (H.Abbaszadə); MƏŞUM Hekayəmin qəhrəmanı yeni və məşum bir dövrün başlandığım bütü
NƏHR
NƏHSLİK

Digər lüğətlərdə