Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korrida
Korrida (isp. corrida – qaçış, cəld hərəkət) və ya öküz döyüşü — ispan milli tamaşası. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan (torero) ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində formalaşmışdır. Korrida iştirakçıları 12-14 nəfər olur. Cəld hərəkətlə şpaqanı öküzün süysününə sancaraq onu öldürən matador (espada) korridada əsas simadır. Digər torerolar bu işdə ona kömək edirlər. Onların bəzisi al rəngli plaşlarla öküzü hirsləndirir, bəziləri (atlı pikadorlar) nizənin ucu ilə onu qıcıqlandırır, digərləri isə qıcaqlandırıcı harpunları (banderilya) heyvanın boynuna sancırlar. Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Françesko Kossiqa
Françesko Kossiqa — İtaliyanın səkkizinci prezindenti (3 iyul 1985 – 28 aprel 1992). Xristian-Demokrat partiyasını təmsil edib.
Meyrid Korriqan
Meyrid Korriqan ing. Mairead Corrigan Maguire, (27 yanvar 1944, Belfast) — Nobel sülh mükafatı laureatı (1976) ("Sülh və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə"). == Həyatı == Meyrid Korriqan 1944-cü il yanvarın 27-də Belfast şəhərinin Follz-Roud rayonunda (Şimali İrlandiya) anadan olmuşdur. Endrü və Marqaret Korriqanın yeddi övladından ikincisi olan Meyrid katolik təhsilini evdə və Belfastın özəl məktəblərində almışdır. Şüşətəmizləyən olan atası təhsil pulunu ödəyə bilmirdi. Bu səbəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu və başqalarının uşaqlarına baxmaqla pul toplayıb kommersiya məktəbinə daxil oldu. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Qinnes pivə zavodunun direktorunun katibəsi vəzifəsinə işə düzəldi. onda Meyridin 21 yaşı var idi. Meyrid Korriqanın Katolik xeyriyyə təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideynləri ilə birgə Belfastın yoxsul rayonu olan Andersonstauna köçən Meyrid Korriqan icma klubunun və uşaq bağçasının təşkilində də fəal iştirak etdi.
Korqa adası
Korqa adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Sverdlov burnundan 11,5 km aralıda yerləşir. Adadan 4 km şimalda Xitrıy adası, 4 km cənubda isə Bolşoy adası yerləşir. Ada 200 m uzunluğa malikdir. Bütünlüklə buzla örtülüdür. Gözlə seçiləcək yüksəkliyə sahib deyildir.
Koriya-del-Rio
Koriya-del-Rio (isp. Coria del Río) – Sevilya şəhərinin yaxınlığında, Kvadalkvivir çayının sahilində yerləşən bələdiyyə. XVII əsrin əvvəllərində Senday daymyosu Date Masamune Hasekura Tsunenaqanın başçılığı altında Avropaya nümayəndəlik göndərmişdir. Daha sonra 6 samuray Koriya-del-Rioda qalmağa qərar vermişdir. 2003-cü ilin məlumatına görə Koriya əhalisinin 650 nəfəri (24.000 nəfərdən) "Hasekura de Japón" soyadını daşıyır və bu, onların İspaniyaya gələn ilk yaponların törəmələri olduqlarını göstərir. Soyad ilk dəfə bir rəsmi sənəddə 1646-cı ildə peyda olmuşdur. Yaşayış məntəqəsində bəzi uşaqlar asiyalılarda müşahidə olunan əlamətlərlə doğulurlar.1992-ci ildə Yaponiya hökuməti tərəfindən Koriya-del-Rioda Hasekura Tsunenaqanın heykəli ucaldılmışdır. "Koriya" FK bələdiyyəni təmsil edən yerli futbol klubudur.