PALTAR-PALAZ

магкая утварь (обычно постель, ковры, одежда)
PALTAR
PALTARAPARMA
OBASTAN VİKİ
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Paltar
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
Tunik paltar
Tunik paltarı — köynək və ətək xüsusiyyətlərini malik qadın geyimidir. Ayrıca ətəyi olmasada paltarın aşağı hissəsi onu əvəz edir. Çox vaxt bu paltarlar pambıq və ya ipək parçalardan hazırlanır. Onlar adətən belində tikiş olmadan kəsildiyi üçün, paltarların bel boşluğunu aradan qaldırmaq üçün adətən kəmərdən istifədə olunur. Geyimin ön hissə düymələrin olması ona daha xoş görkəm verir. == Tarixi == İlk dəfə 1916-cı ildə Koko Şanel tərəfindən şalvarlı paltar şəklində ortaya çıxarıldı. Tunik paltarları 1950-ci illərdə dəb halına gələndə bəzən "köynək bel paltarları" adlandırılırdı. Köynək paltarının 1950-ci il versiyası İkinci Dünya müharibəsi zamanı Christian Dior tərəfindən hazırlanmışdır. Bu, İkinci Dünya müharibəsindən sonrakı "Yeni Görünüş" yüksək moda dizaynlarının bir hissəsi kimi təqdim edildi, yuxarı çəkilmiş bir tam ətək olaraq qabarıq ətək geyildi. Pambıqdan hazırlanmış, lakin tam yubka və yaxasını saxlayan köynək paltarının daha qeyri-rəsmi versiyaları 1950-ci illərdə bir çox qadın qarderobunun əsas hissəsinə çevrildi, və Anne Foqarti kimi dizaynerlər bu üslubun variantları ilə tanındılar.
Şəhər və paltar
Şəhər və paltar - universitet yerləşən şəhərdə iki fərqli icmanın mövcudluğunu nəzərdə tutur. Oksford, Kembric, Edinburq və Sent-Endryüs kimi şəhərlərdə akademik universitet icması ilə sadəcə şəhər sakinlərinin mövcudluğuna əhəmiyyət verir. Eyni zamanda termin ədəbiyyatda universitetlər yerləşən müasir şəhərləri xarakterizə etmək üçün istifadə edilir. Orta əsrlərdə dinin universitetlərə təsiri güclü olduğuna görə tələbələr din xadimlərinin geyindiyi uzun əbalı qara paltar geyinirdilər. Paltar həmçinin soyuq binalarda dərs keçəndə isinmək üçün də yararlı idi və universitet geyiminə çevrildi. Həmçinin fiziki əməklə məşğul olan əhalidən seçilən təbəqənin sosial statusunun fərqlənmə nişanına çevrildi. Paltarın papağına tələbənin təhsil aldığı kollecin rəngləri də vurulurdu. Beləliklə də həm müxtəlif kolleclərdə təhsil alan tələbələr, həm də yerli əhali geyiminə görə fərqlənməyə başladılar. Kemp, Roger L. "Town & Gown Relations: A Handbook of Best Practices," McFarland and Company, Inc., Publisher, Jefferson, North Carolina, USA, and London, England, UK (2013). (ISBN: 9789-0-7864-6399-2).
Beli açıq paltar
Beli açıq paltar, sahibinin kürəyini açıq saxlamaq üçün nəzərdə tutulmuş qadın geyim tərzidir. Arxaya qismən açıq ola bilər, ya da iplərin istifadəsi ilə tamamilə açıq ola bilər. Beli açıq paltar ən çox rəsmi mərasimlərdə və ya axşam paltarı və ya gəlinlik kimi geyinilir və mini ətəkdən tutmuş yerə qədər istənilən uzunluqda ola bilər. Digər belsiz formalı kürəksiz çimərlik paltarları və köynək kimi paltarlar ona daxildir . == Tarixi == Beli açıq paltarlar ilk dəfə 1920-ci illərdə ortaya çıxdı. 1930-cu illərdə bu üslub o dövrün günəşlənmə modası ilə əlaqələndirildi və kürəksiz paltar qara rəngi nümayiş etdirmək üçün bir üsul idi. Təsviri çəkə bilmək üçün qadın incə olmalı idi. 1937-ci ilin dekabrında aktrisa Mişelin Paton BBC-nin ilk moda sənədli " Clothes-Line" adlı proqramın son epizodunda arxası açıq paltar geyərkən mübahisəli şəkildə arxadan çəkildi. Çılpaqlıq illüziyası qəzəblənmiş izləyicilərin şikayət etmək üçün yazmasına səbəb oldu və şounu birlikdə təqdim edən P. Binder, "Nənə geriyə baxır ancaq, Mişelinenin arxası görünmür" deyə kinayə etdi. == Forması == Arxasız bir paltar bir neçə yolla saxlanıla bilər.
Paltar fabriki (film, 1962)
Film Bakıdakı Volodarski adına Tikiş Fabrikinin fəaliyyətindən danışır.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (film, 2005)
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.

Digər lüğətlərdə