KORRELYAT
KORRÓZİYA
OBASTAN VİKİ
Korrida
Korrida (isp. corrida – qaçış, cəld hərəkət) və ya öküz döyüşü — ispan milli tamaşası. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan (torero) ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində formalaşmışdır. Korrida iştirakçıları 12-14 nəfər olur. Cəld hərəkətlə şpaqanı öküzün süysününə sancaraq onu öldürən matador (espada) korridada əsas simadır. Digər torerolar bu işdə ona kömək edirlər. Onların bəzisi al rəngli plaşlarla öküzü hirsləndirir, bəziləri (atlı pikadorlar) nizənin ucu ilə onu qıcıqlandırır, digərləri isə qıcaqlandırıcı harpunları (banderilya) heyvanın boynuna sancırlar. Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur.

Digər lüğətlərdə