Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konveyer
Konveyer — toz, bütöv hissə halında olan yüklərin və məmulların fasiləsiz hərəkəti üçün tətbiq olunan nəqledicidir. Konveyerlər yükdaşıyıcı üzv və dartıcının növünə görə fərqlənirlər. Onlar lentli, zəncirli, kanatlı və dartıcı elementsiz (qravitasiya, ətalət, vintli) olaraq qruplaşırlar. Dartıcı üzv yükaparıcının növündən asılı olaraq lentli, lövhəli, çalovlu və s. olur. Belə konveyerlər yükün hərəkəti üçün lazım olan üzvə malik olması səciyyəvidir. Dartıcı qüvvə ya yükdaşıyıcı elementlə, ya da yükü boru, lövhə və s. üzrə dartan (və ya itələyən) elementlə ötürülür. Dartıcı elementsiz konveyerlərdə fırlanan (diyircıkli, vintli) və ya irəli-geri hərəkət edən (məsələn: ətalətlə işləyən konveyerlər) işçi orqanların və yükün nəqlinin fərqləndirilməsi lazımdır. Konveyerlər elektrik və ya pnevmatik ötürmə ilə işləyirlər.
Sərnişin konveyeri
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Konteyner
— Konteyner (ing. container, ing. contain sözündən əmələ gəlmişdir) — yüklərin daşınması üçün istifadə olunan bir vasitədir. Həmçinin müvəqqəti yaşayış yeri kimi də istifadə oluna bilir. == 20'DC == Daxili Ölçüləri:5902mm X 2350mm X 2392mm Həcmi:33,2 m³ == 40'DC == Daxili Ölçüləri:12032mm X 2350mm X 2392mm Həcmi:67,6 m³ == 40'High Cube == Daxili Ölçüləri:12032mm X 2350mm X 2695mm Həcmi:76,2 m³ == 20'Open Top == Daxili Ölçüləri:5894mm X 2344mm X 2347mm Həcmi:31,5 m³ == 40'Open Top == Daxili Ölçüləri:12027mm X 2344mm X 2347mm Həcmi:67,0 m³ == 20'Reefer == Daxili Ölçüləri:5449mm X 2286mm X 2122mm Həcmi:26,1 m³ == 40'Reefer == Daxili Ölçüləri:11550mm X 2280mm X 2092mm Həcmi:26,1 m³ == Konteyner növlərinin işarələnməsi == Konteynerlərin identifikasiyasını asanlaşdırmaq üçün İSO6346:1995 standartında iki hərfdən ibarət «qrup kodları» müəyyənləşdirilmişdir: GP (General Purpose) — standart (ümumi istifadə üçün, universal) konteyner. DC (Dry Container) — quru konteyner , bir çox hallarda GP yerinə də istifadə olunur. RE, RT, RS (Reefer) — реф-konteyner(soyuducu konteyner),temperatur rejimində daşınmalı yüklər üçün istifadə olunur. HI, HR — izolyasiya olunmuş konteyner. VH — Yük sahəsinin yuxarı və aşağı hissəsində mexaniki havalandırma sistemi olan konteyner. UT (OT — Open Top) — Üstü açıq konteyner.
Con Horton Konvey
Con Horton Konvey (ing. John Horton Conway; 26 dekabr 1937, Liverpul – 11 aprel 2020[…], Nyu-Bransuik[d], Nyu-Cersi, ABŞ) — Britaniyalı riyaziyyatçı. == Həyatı == 26 dekabr 1937-ci ildə doğulub. Horton "Həyat" oyununun yaradıcısı kimi məşhur idi. O, həmmüəlliflərlə birlikdə oyunların kombinatorial nəzəriyyəsinin əsasını qoyub və sürreal ədədləri kəşf edib. Horton 1986-cı ildən bu günə kimi ABŞ-də çalışıb. 11 aprel 2020-ci ildə 82 yaşında Nyu-Cersidə koronavirusdan vəfat edib.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Overburden Conveyor Bridge F60
Overburden Conveyor Bridge F60 — Dünyanın ən nəhəng maşını; nəqliyyat vasitəsi. 1991-ci ildə Şərqi Almaniyada "VEB TAKRAF Lauchhammer" şirkəti tərəfindən inşa edilmişdir. "Uzanan Eyfel qülləsi" kimi tanınan F60 iqtisadi və siyasi səbəblərə görə istifadədən kənarlaşdırılıb. Bu maşının uzunluğu 502 metr, çəkisi isə 365 min tondur.