Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kondominium (beynəlxalq hüquq)
Kondominium (lat. con — birlikdə və dominium — mülkiyyət hüququ) beynəxalq hüquqda eyni ərazinin bir neçə dövlət tərəfindən ortaq idarə edilməsi deməkdir. Nəzəri cəhətdən mümkün olan kondominium tarixdə çox da tez rast gəlinmir. Az olmanın əsas səbəbi suveren dövlətlər arasında əməkdaşlıq təminatının çətinliyidir; ölkələr arasında anlayış pozulan kimi, kondominium statusunu itirmək təhlükəsi ilə qarşılaşır. == Keçmiş kondominiumlar == 688-ci ildə Bizans imperatoru II Yustinian və Əməvilər xəlifəsi Əbdülmalik ibn Marvan Kipr üzərində kondominium yaradılması haqqında görünməmiş razılaşmaya nail oldular, bu razılaşmanın nəticəsində adadan yığılmış vergilər iki tərəfin arasında bərabər bölünməyə başlandı. 1684-cü ildən 1826-cı ilə qədər Fellesdistrikt (Ümumi Rayon) (norv. Fellesdistrikt, rus. Общий район) adlı yerdə Rusiya və Norveç arasında kondominium mövcud idi. İngilis-Misir Sudanı 1899-cu ildən 1956-ya qədər Britaniya və Misirin kondominiumu idi, hərçənd əslində Misir Sudanın hökumətində heç bir rola oynamırdı, ölkəyə bəzi idarə edicilərin göndərilməsindən başqa: bütün siyasi qərarlar İngiltərə tərəfindən qəbul edilirdi və Ingilis-Misir Sudanının bütün qubernatorları ingilislər idilər: Misir və Sudan millətçiləri sistemdən narazı idilər və sonradan Misir Hökuməti tərəfindən ləğv olunmuşdur. Kondominium 1882-ci ildən başlayan və ən azı 1936-cı ilə qədər davam edən Birləşmiş Krallığın Misir üzərində güclü nəzarəti səbəbiylə mövcudluğunu davam etdirə bilirdi.
Bosniya və Herseqovina kondominiumu
Bosniya və Herseqovina kondominiumu — 1878—1908-ci illərdə Avstriya-Macarıstan və Osmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu. Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya oldu və ölkənin tərkibinə daxil edildi. == Tarixi == === İşğalı === 1877-1878-ci illərdə baş verən Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Böyük güclər Berlin Konqresini təşkil etdilər, orada Bosniya vilayətinin Avstriya-Macarıstanın nəzarəti altına verilməsi qərara alındı. Ərazi Avstriya-Macar qüvvələri tərəfindən tutulmuşdur. Avstriya-Macarıstan həmçinin Sancak bölgəsinə də qoşunlarını yeritmişdir. Bosniyanın işğalı üçün Avstriya-Macarıstan komandanlığı 6-cı, 7-ci, 20-ci və 28-ci piyada diviziyaları, cəmi 82 113 əsgər və zabit, 13 313 at və 112 silah istifadə etmişdir. Qoşunların komandanlığını general Yozef Filipoviç həyata keçirirdi.
Bosniya və Herseqovina kondominiumu bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir. Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.