Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konotasiya
Konotasiya və ya konnotasiya, bir sözün ilkin və ədəbi mənalarından başqa, həmçinin insanda yaratdığı duyğu və düşüncələrdir. Ümumiyyətlə mənfi və ya müsbət kontekstdə istifadə olunur. Məsələn, Azərbaycan dilindəki "şişman" sözü mənfi bir konotasiyata malikdir və bəzi hallarda təhqir kimi qəbul edilərkən, eyni mənada işlənən "sümüyü ağır" sözü daha məqsədəuyğun sözdür. Eynilə, "toppuş" sözü də sevgi hissi doğurur və daha müsbət bir konotasiya yaradır. Konotasiya anlayışı çox vaxt denotasiya ilə müqayisə edilərək istifadə olunur. Denotasiya bir sözün əsas mənasını ifadə edərkən, konotasiya sözün digər xüsusiyyətləri barədə məlumat verir. Məsələn, ana sözünün əsas mənası və denotasiyası "uşağı olan qadın" deməkdir. Eyni sözün konotasiya mənası isə "sevgi" və "qorunma" kimi başa düşülməlidir.