Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
İoannis Kosti
İoannis Kosti (17 mart 2000, Larnaka) — Kipr Birinci Divizion təmsilçilərindən olan Nea Salamina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kiprli futbolçudur. == Klub karyerası == === Nea Salamina === Kosti Nea Salamina akademiyası vasitəsilə inkişaf etmişdir. Kosti öz peşəkar karyerasında debütünü 14 may 2016-cı ildə AEK Larnaka klubuna qarşı oyunda etmişdir. O, 93 dəqiqədə Pedritonu əvəz etmişdir. Həmin görüşdə Nea Salamina liqa görüşündə rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Kipr Superkuboku görüşləri daxildir.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır.1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür. 2005-ci ilin aprel ayında Kotil Türkiyənin aviaşirkətin baş direktoru vəzifəsinə təyin edilmişdir.
Kostin Şar boğazı
Kostin Şar boğazı (rus. Костин Шар ) - Mejduşarski adasını Qusinaya yarımadasından (Yeni Torpaq arxipelaqı) ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizi akvatoriyasında yerləşir. Boğazın uzunluğu 100 km, eni 3,5–6 km, dərinliyi 48 m təşkil edir. Sahilləri yüksəkdir və bəzi yerlərdə sıldırımlıdır. İlin böyük qismi buzla örtülü olur. Sahillərində Yujnıy, Qusinıy Nos, Lile, Başmaçnıy nos, Cornıy (Cənub adası), Kostin Nos, Klyuv, Şordovski, Krestovıy burunları vardır. Boğaz daxilində Beluşya, Roqeçeva, Taynaya, Propovskaya, Nerpıy və Başmaçkaya adaları vardır. Boğazda Kruqlıy, Timofeyeva, Sobaçıy və Yarseva körfəzləri vardır. Burada Beluşya Quba qəsəbəsi yerləşir.
Costia
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Hostel
Hostel (ing. hostel - yataqxana) — qonaqları qısa və ya uzun müddətli yaşayış ilə təmin edən Avropada yaşayış sistemi. Bir qayda olaraq, otaqda əlavə imkanlar olmayan bir yataqxana. Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
Kostum
Kostyum — klassik kişi və ya qadın geyimi. İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır. == Kostyumun tarixi == Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar.
Kostus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Kostyol
Kostyol (pol. kościół, belar. касцёл, çex. kostel, slovak. kostol, ukr. костел — "kilsə", latın dilindən olan lat. castellum "fort, fortifikasiya" sözündən gəlir) — slovak, çex, polyak və Ukrayna dilində xristian məbədinə verilən ad. Bununla belə, polyak, slovak, Ukrayna və Belarus dillərində "kostyol" sözü "pravoslav kilsə" mənasında istifadə olunmur, çex dilində isə bu söz bütün xristian məbədlərinə aid edilə bilər. Rus ədəbiyyatında "kostyol" sözü tez-tez Polşa katolik məbədi mənasını daşıyır. Kostyollar, əsasən, barokko, az halda qotika və roman üslubunda olur.
Koşenil
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Kokil
Kokil — töküklərin əldə olunmasında istifdaə oluna metal qəlibdir. Ondan çox hallarda əlvan metallar, həmçinin çuqun və polad məmulların istehsalında istifadə olunur. Kokil çuqun və polad xəlitələrindən hazırlanır. Bu qəliblər töküyün kütləsi və xassəsindən asılı olaraq 100–10000 tökmənin yerinə yetrilməsinə imkan verirlər. İqtisadi cəhətdən kokillər seriyalı və kütləvi istehsalda tətbiq olunması əlverişlidir. Kokillər töküyün həndəsəsindən asılı olaraq bütöv və ya üfüqi və ya şaquli ayırma müstəvi üzrə birləşdirilə bilən ayrı-ayrı hissələrdən təşkil oluna bilir. Kokildə tökmə zamanı töküyün xarici səthini kokilin divarları, daxili səthini isə qüm içliklər əmələ gətirir. Onun ayrıma müstəvisi üzrə metal ərintisi ilə doldurulması üçün tökmə sisteminin aknallarından istifadə olunur. Kokilin yarım hissələrinin açılıb-bağlanmaı xüsusi kokil maşınlarında avtomatlaşdırlmış şəkildə aparılır. Onun davamlığını artırmaq və töküyün soyuma sürətini azalatmaq üçün kokilin işçi səthlərinə kiçik qalınlıqda (0,5 mm) xüsusi örtüklər və rənglər çəkilir.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Ostin
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Anna Kastilo
Anna Kastilo Ferre (isp. Anna Castillo Ferré; 9 oktyabr 1993, Barselona) — İspaniya aktrisası.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Gözəl kostus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.
Hostel (dəqiqləşdirmə)
Hostel
Hostel (film)
Hostel
Hostia foetida
Crepis foetida (lat. Crepis foetida) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Lapsana foetida (L.) Scop., Fl. Carniol., ed. 2 2: 118. 1772 Picris foetida (L.) Lam., Fl. Franç. 2: 108. 1779 Barkhausia foetida (L.) F.W.Schmidt in Samml. Phys.-Ökon.
Kastel Rotsone
Kastel Rotsone (it. Castel Rozzone) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 40 kilometr (25 mil) şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) cənubda yerləşir. Əhalisi 2545 nəfər, əhalinin sıxlığı 2545 nəfər/km²-dir. Sahəsi 1 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363.
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).