kortikotropin
kortizon
OBASTAN VİKİ
Adolfo Ruis Kortines
Adolfo Tomas Ruis Kortines (isp. Adolfo Tomás Ruiz Cortines, İspanca tələffüz: [aˈðolfo ˈrwis koɾˈtines] ( dinlə); 30 dekabr 1890, Verakruz[d] – 3 dekabr 1973, Mexiko) — Meksika dövlət xadimi, 1952–1958-ci illərdə Meksika Prezidenti. == Həyatı == Adolfo Tomas Ruis Kortines 30 dekabr 1890-cı ildə Verakruzda anadan olmuşdur. O, 1912-ci ildə Meksika inqilabına qoşulmuşdur. Kortines 1914-cü ildən həqiqi hərbi xidmətdə olmuşdur. O, daha sonra 1921–1935-ci illərdə Statistika İdarəsinin əməkdaşı və direktoru kimi çalışmışdır. Kortines İnstitusional İnqilab Partiyasının (PRI) üzvü olmuşdur. O, 1937–1940-cı illərdə senator vəzifəsini icra etdikdən sonra, 1944–1947-ci illərdə Verakruz qubernatoru kimi xidmət etmiş və fəaliyyətini 1948–1951-ci illərdə Daxili İşlər naziri kimi davam etdirmişdir. Kortines 1952–1958-ci illərdə Meksika Prezidenti olmuşdur. O, 1967-ci ilə qədər Meksika hökumətinin iqtisadi müşaviri kimi xidmət etmişdir.