Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vladimir Kramnik
Vladimir Kramnik (rus. Влади́мир Бори́сович Кра́мник; 25 iyun 1975, Tuapse, Krasnodar diyarı) — rus şahmatçısı, qrosmeyster, 2000-ci ildən 2006-cı ilədək Klassik Dünya Çempionu, 2006-cı ildən 2007-ci ilədək Dünya Çempionu. 2000-ci ildə Londonda Harri Kasparova 16 oyunluq bir maçta qalib gəlmişdir. Bu maç FİDE üçün rəsmi dünya çempionatı sayılmasa da ümumi olaraq 2000-ci ildə Kramnik dünya çempionu hesab edilmiş, Kasparov bu maçdan bir qədər sonra 2005-ci ildə şahmatı buraxdığını açıqlamışdır. Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır. Avropa (1992) və Dünya (2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır. Kramnik sonuncu Şahmat üzrə Dünya Kubokunun qalibidir (2013). İki dəfə (2000, 2006) Şahmat Oskarına layiq görülmüşdür. Əhəmiyyətli turnirlərdə ilk ən böyük uğuru 1992-ci ildə Manilada keçirilən 33-cü Şahmat Olimpiadasında Rusiya komandasının birinci ehtiyat oyunçusu kimi qızıl medal qazanması olmuşdur. O zaman onun seçilməsi birmənalı qarşılanmamışdı, çünki 16 yaşı vardı və qrosmeyster deyildi, lakin bu seçimi Harri Kasparov dəstəklədi.