Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aranes dili
Aranes dili (Qaskon dilində: Aranés; ispan dilində: Aranese; katalan dilində: Aranès; Fransız dilində: Aranais) Kataloniyanın Val-d'Aran regionunun rəsmi dilidir. Bu dil təxmini olaraq 7000 insan tərəfindən ana dili kimi istifadə edilir. Fransada danışılan qaskon dilinin bir ləhcəsi hesab edilir. 1984-cü ildən bəri isə bu dil məktəblərdə tədris olunur.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Eranos
Eranos, Yeranos — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Eranos kəndi rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün yaxınlığında yerləşir. Erməni mənbələrində kəndin adı həm də Yaranos formasında qeyd edilmişdir. == Toponimi == Toponim aran (eran) etnoniminə -os şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi göstərilmişdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Azərbaycan xalqının atnogenezində mühüm rol oynamış qədim türk mənşəli Aran tayfasının adını əks etdirir. Kəndin adı Aran tayfasının adından və yunan mənşəli "os" şəkilçisindən ibarətdir. Azərbaycanın qədim tarixində üç mə'nada "Aran" sözü iştirak edir.
Franşes
Franşes (fr. Franchesse) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03117. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 284 nəfər arasında (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,4%, 1999-cu ildə 63,6%). Fəal olan 197 nəfərdən 173 nəfər (100 kişi və 73 qadın), 24 nəfər işsiz (10 kişi və 14 qadın) idi. Aktiv olmayan 87 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 35 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Juanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Kabanes
Kabanes (fr. Cabanès, oks. Cabanas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12041. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 123 yaşda olan (15-64 yaş arasında) 90 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 63.0%) idi.
Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Kratos
Kratos (God of War)
Kronos
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kuranə
Kuranə (Urmiya)
Xuanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
İrates
"İrates" (hərf. de-fakto) — Ermənistan ictimai-siyasi qəzeti. 3 iyun 2008-ci ildən 25 dekabr 2020-ci ilə qədər İrəvanda nəşr olunmuşdur. Nəşriyyatın təsisçisisi "Tesaket" MMC-dir. Qəzet 9 iyul 2010-cu ilə qədər "İravunke de-fakto", 2016-cı ilə qədər isə "İrates de-fakto" adlanırdı. 1 mart 2016-cı ildən "İrates" adı ilə nəşr olunur. Nəşr çərşənbə axşamı və cümə günləri işıq üzü görür. Onun məzmunu A3 formatında olan səhifələrdə yayımlanır. Hər bir nəşr çərşənbə axşamı günləri 12 səhifəni əhatə edir, cümə günləri isə 16 səhifəyə qədər genişlənir. Onun tirajı 3,500 nüsxədir. Səhifələrin əksəriyyəti klassik ağ-qara rənglərdən ibarət olsa da, ilk və son səhifələri, cümə günləri isə 8-ci və 9-cu səhifələri əlavə rənglərlə bəzədilmiş olur.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Kadeş
Kadeş — indiki Suriya ərazisində, qərbdə Orent çayı üzərində salınmış qədim şəhər. Kadeş adına əsasən Kadeş döyüşü ilə əlaqəli səlnamələrdə rast gəlinir. E.ə. 1472-ci ildə qadın firon Hatşepsutun hökmranlığı dövründə Kadeş hakimi Misirin əsas rəqibi olan Mitanni dövlətinin dəstəyi ilə üsyan qaldıraraq şərqi Aralıq dənizi şəhərlərindən təşkil olunmuş Misir əleyhinə koalisiyaya rəhbərlik edir. E.ə. 1468-ci ildə Megiddo yaxınlığında Kadeş hökmdarı III Tutmosis tərəfindən məğlub edilir və e. ə. 1460 cu ildə şəhər yerlə-yeksan edilir. Kadeş hakimi döyüş zamanı həlak olur.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Erebus (krater)
Erebus krateri — Marsın Margaritfer Sinu (MC-19) bölgəsi daxilində yerləşən bir kraterdir, bu xarici geoloji xüsusiyyət daha böyük krater Viktoria üçün yolda Opportüniti tərəfindən ziyarət edildi. Bu, 1841-ci ildə Ceyms Klark Ross tərəfindən istifadə edilən Polar Kəşfiyyat gəmisi HMS Erebus adına, artıq Ross şelf buzlağı olaraq bilinən Böyük Ays Barryeri tapmağa çağırıldı. Karyera təxminən 550- 750 arası (oktyabr 2005-mart 2006-cı il) kraterin yaxınlığında idi. Bunlara Payson Raid və Olimpiya Raid daxildir. Erebus daha əvvəl Opportüniti tərəfindən ziyarət edilən daha kiçik krater Vostok kraterindaən təxminən 2500 metr (8200 fut) cənubda yerləşir. Elm adamları Meridiani Planum qumunun altından süxurların gözdən keçirildiyi bir sahə olan "sürülmüş ərazi" kimi təsvir edirlər. Erebus, təxminən 350 metr (1150 ft) genişlikdə, kraterin dayanıqlığından iki dəfə böyükdür. Ancaq çox köhnə və aşındırılmışdır və yerdən görünə bilər; yalnız dünyanı əhatə edən bir sıra düz qayaüstü çöküntülər kimi görünür. == Xarici keçidlər == Grotzinger; Bell, J.; Herkenhoff, K.; Johnson, J.; Knoll, A.; McCartney, E.; McLennan, S.; Metz, J.; və b. "Sedimentary textures formed by aqueous processes, Erebus crater, Meridiani Planum, Mars".
Hyüyqens (krater)
Hyüygens – eyni Hollandiyalı astronom, riyaziyyatçı və fizikin şərəfinə adlandırılmış Mars krateri. Buranın Krateri təxminən 467.25 km (290.34 mil) diametri [304] W 13.88 ° S, ilə seçilirdi. Alimlərin Mars ətrafında orbitə göndərilməsinin səbəbi o idi ki, bura su axmırdı . Alimlərin orbitə getmələri ilə su bir daha planetin səthinə axdı. Bir zamanlar suyun olduğu bir yerdə sadə orqanizmlər yaşayırdı. Bir müddət planetimizə su axmadığına görə planetə xeili ziyan vurmuşdur.Ümumilikdə sunun insan həyatında rolunun necə vacib rol oynadığını bilirik.Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir.İnsan vücudunun yarsı demək olar ki, su ilə təşkil olunub. Elə bunun qarşısını almaq üçün alimlər TEMİS ilə planetə su çəkdilər. Karbonatlar (kalsium və ya dəmir karbonatlar) Huyqensin ağzında bir kraterdə aşkar edilmişdir.Bu minerallar Marsın bol nəmini sübut edir. Bir çox su var idi. Orbiter üçün Mars Kompakt Rekonessanslı Görüntüləmə Spektrometresi (CRISM) aləti ilə tapıldı.Əvvəllər alət ilə gil mineralları aşkar edilmişdir.
Hörümçəklər (Aranea)
== Quruluşu == Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır. Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür.
Kiilut (krater)
Kiilut – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Kallistonun cənub qütbünün yaxınlığında yerləşir. Zərbə krateri olduğu güman olunur. Ölçüsü 47 kilometr təşkil edir. Yuxarı hissəsində deqredasiyaya uğramış Reqinleyf krateri görünür.
Kopernik (krater)
Kopernik krateri (lat. Copernicus)-orta ölçülü, polşalı astronom Nikolay Kopernikin(1473–1543) şərəfinə adlandırılan Ay krateridir. Krater Fırtına Okeanının şərq hissəsində yerləşir. Kraterin yaşı təxminən 800 milyona bərabərdi, yəni krater, Ayın geoloji tarixinin kopernik dovrundə yaranmışdır. Yaşı kiçik olduguna görə kraterin strukturu aydındir. Kraterin dərinliyi- 3800 metirdir. Kraterə bu adı yezuit Djovanni Ricioli tərəfindən verilmişdir və 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq olunmuşdur. Eyniadlı krater Mars planetində də var. == Kraterin təsviri == Krater şimalda Qey-Lüssak, şərqdə Stadiy krateri, cənubda Faut krateri, qərb-cənub-qərbdə Qortenziy krateri ilə sərhəddir. Kraterin cənubunda Adalar dənizi, şimalında Karpat dağları, şimal-şərqdə Apennin dağları, şərqde isə Znoy körfəzi yerləşir.
Kuranə (Urmiya)
Kuranə (fars. ‎‎‎‎‎كورانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (99 ailə).
Küri (krater)
Kuri krateri — Mars planetində yerləşən 29,1° şimal və 4,8° qərb koordinatlarında yerləşən kosmik obyektdir. Onun diametri 144.1 kilometrdir və adı fransız fizik-kimyaçı Pyer Kürinin şərəfinə qoyulub.