Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kratos
Kratos (God of War)
Krotos
Krotos (həmçinin Krot ya Kroton) - yunan mifologiyasında personaj - kentavr. Pan və Yevfemin oğlu. O, at ayaqlarına və satir quyruğuna malikdir. Sosifeyanın satir dramına əsasən o, muzalarla birlikdə Helikonda tərbiyə almış və alicənab olmuşdur. Krotos ox-kamanı və muzaları alqışlamaq üçün əl çalmağı icad etmiş və muzalar ona vəhşı heyvanları ovlamağı öyrətmişlər. Muzaların xahiş və təkidləri əsasında tanrı Zevs onu göyə qaldıraraq ox atan bürcünə çevirmişdir.
Kratos (mifologiya)
Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir.
Kratos (Mortal Kombat)
Kratos (ing. Kratos) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kratos Şao Kannı öldürdükdən sonra Yer dünyası bir müddətlik xilas olmuşdur. Bu səbəbdən Reyden və Fucin ona öz minnətdarlığını bildirmişlər. "Kratos" personajı "Müharibə Tanrısı" (ing. God of War) adlı videooyun seriyasının əsas personajıdır. 2011-ci ildə hazırlanan yeni "Mortal Kombat" versiya üçün bu personaj oyuna daxil edilmişdi.
Krutoy Loq (Əbyəlil)
Krutoy Loq kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Həmid kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 43 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 90 km, kənd sovetliyindən (Həmid): 18 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kratos (God of War)
Kratos (yun. Κράτος — "güc, hakimiyyət") və ya Spartanın Ruhu (ing. Ghost of Sparta) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi. God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur.