Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Betül Kaçar
Betül Kaçar (1983, İstanbul) — Türk astrobioloq və professor. Yer üzündə mikro ölçülü canlıların bioloji quruluşunu araşdıran Betül Kaçar laboratoriyada canlandırdığı keçmişin bioloji həyatını günəş sistemi və onun xaricindəki planetlərdən əldə etdiyi məlumatlarla müqayisə edən bir elm adamıdır. O, 2021-ci ildən Viskonsin-Medison Universitetində təhsilini davam etdirir. O, eyni zamanda elementlərin Yer planetindəki həyatla qarşılıqlı əlaqəsini öyrənən NASA Mərkəzinin direktorudur. == Həyatı == Betül Kaçar 1983-cü ildə İstanbulda anadan olub. Giresunlu bir ailənin övladı olaraq uşaqlığı Giresunun Bulancak ilçəsində keçib. Çavuşoğlu kollecini bitirdikdən sonra ali təhsilini 2004-cü ildə Mərmərə Universitetinin kimya fakültəsində almışdır. 2003-cü ildə Mərmərə Universitetində tələbə olarkən Amerika Howard Hughes Tibb İnstitutuna müraciət etdiyi layihə ilə bakalavr tələbələri üçün olan yay təqaüdü qazanaraq ABŞ-də tədqiqatlarına başlamışdır. Kolleci bitirdikdən sonra ABŞ-nin Corciya ştatının inzibati mərkəzi olan Atlantadakı Emori Universitetində doktorluq təhsilinə başlamışdır. O, Emory Universitetinin Kimya fakültəsində və Emori Tibb Məktəbində Parkinson və Altsheymer xəstəliyinə səbəb olan zülallar üzərində tədqiqatlar aparmışdır.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Arxar
Arxar (lat. Ovis ammon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Arxarlar ev qoyunlarının əcdadları sayılırlar. Aralıq dənizi adalarının bir neçəsində, Orta , mərkəzi, Şimal-şərqi, Şimali asiyada və Şimali Amerikanın qərbində yayılmışdır. == Xarici görünüşü == Arxarların kütləsi 200-220 kq-a qədər olur. Dişilər nisbətən kiçik olur. Olçulərindən başqa dişilərdə buynuz 10-30 sm əksər vaxtlarda isə olmur. == Davranışı == Bu heyvanlar dəniz səviyyəsindən 5500 metr yüksəklikdə açıq yamaclarda yaşayırlar. Payızda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Arxarların hamiləlik dövrü 170 gün sürür.
Arçan
Arçan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 101 nəfər əhali yaşayır.
Bicar
Bicar şəhəri (az-əbcəd. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Kican
Ballıqaya (əvvəlki adı:Kican) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıqaya kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ballıqaya kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Komar
Yuxarı Komar (Culfa)
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
İrçan
İrçan — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Oykonim arçan (ardıc ağacı) sözündən olub, "ardıclı yer" mənasındadır. Türk dillərində ardıc ağacına "arça" da deyilir. Türkdilli xalqların toponimiyasında Arçan toponimi geniş areala malikdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Abbarik (Bicar)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alişah (Bicar)
Alişah (fars. عليشاه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Alpout (Bicar)
Alpout (fars. الپهوت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (45 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aminabad (Bicar)
Aminabad (fars. امين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağcagünbəd (Bicar)
Ağca Qonbad (fars. آغچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 12 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bala Qacar
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır. Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].