Yanoş Kadar
Yanoş Kadar (mac. János Kádár, 26 may 1912[…], Riyeka – 6 iyul 1989[…], Budapeşt) — Macar dövlət xadimi, siyasətçi, Macarıstan Sosialist Fəhlə Partiyasının baş katibi, 1956–1988-ci illərdə Macarıstan Xalq Respublikasının rəhbəri olmuş kommunist rəhbər.
Yanoş Kadar 26 may 1912-ci ildə Yanoş Krezinqer və Barbola Çermanik cütlüyünün ailəsində anadan olmuşdur. Atası alman əsilli hesab edilsə də, Yanoş uşaqlıqdan macar ənənələri ilə yetişdirilmişdi. Kiçik yaşlarından çalışmağa başlayan Yanoş Kadar ilk təhsilini 1918-ci ildə Budapeştdə məktəblərindən birində almışdır. Daha sonra Cukor küçəsində yerləşən bir məktəbə imtahan verərək daxil olmuş 1926-cı ilə qədər burada oxumuşdur. 14 yaşlı Yanoş çox keçmədən ailəsinin maddi vəziyyəti zəif olduğundan tezliklə təhsilini yarım qoyaraq maşın təmirxanasında işləməyə başlayır. 1927-ci ildə isə çap maşınlarının təmiri ilə məşğul olmağa qərar verir. Bu zaman Macarıstanda bu peşəni bacaran sadəcə 160 nəfər insan varidi.
1928-ci ildə Yanoş şahmat yarışlarının birində qalib olur və ona Fridrix Engelsin "Anti-Dürinq" əsəri hədiyyə edilir.