Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olqa Kurilenko
Olqa Kurılenko (14 noyabr 1979[…]) — Ukrayna aktrisası və modeli. Bruklin Beynəlxalq Kino Festivalının "Adsız Barmağdakı" rola görə ən yaxşı aktrisası adlanmışdır. "Mərhəmət Kvantı" filmində Bondun yeni qızı (Kamilla) seçilib. Olqa Konstantinovna Kurilenko. 1979-cu il noyabrın 14-də Ukraynanın Berdyansk şəhərində anadan olub. Milliyətcə ukraynalıdı. 18 yaşınadək Fransada model kimi müxtəlif agentliklərdə çalışıb. Glamour, ELLE, Marie Claire və Vogue kimi jurnalların üz qabığında çəkilib. İlk kino təcrübəsi 2005-ci ildə çəkilən fransız filmi olan “Sevgi üzyü” olub. Sonradan “Paris, mən səni sevirəm” filmindəki qısa filmlərdən birində epizodik rol oynayıb.